Advokaat əvvəlki iş yerinə qayıtdı

27.03.2022 19:28 580
Dünya futbolu
Dik Advokaatın yeni iş yeri məlum olub.

Niderlandlı məşhur məşqçi yenidən vətənində işləyəcək. 74 yaşlı mütəxəssis “Utrext”ə qayıdıb. O, eyniadlı komandanın baş məşqçi səlahiyyətlərini yerinə yetirən Rik Kryuysun məsləhətçisi təyin olunub.

Qeyd edək ki, Advokaat futbolçu həyatına 1984-cü ildə “Utrext”də son qoyub. Zəngin məşqçilik karyerası ərzində 2018/19 mövsümündə bu komandanı çalışdırıb. Onun başçılıq etdiyi komandalar sırasında PSV, “Reyncers”, “Borussiya” (Münhenqladbax), “Zenit”, “Alkmaar”, “Sanderlend”, “Fənərbaxça”, “Sparta” (Rotterdam), “Fenenoord” klubları, Niderland, BƏƏ, Koreya, Belçika, Rusiya, Serbiya və İraq yığmaları da var.