Yürgen Klinsmannın üçillik işsizliyinə son qoyulub. O, bu dəfə Asiyada qərar tutub.
"Football-plus.az" xəbər verir ki, 58 yaşlı mütəxəssis bundan sonra Koreya yığmasını çalışdıracaq. Yerli futbol federasiyasının yaydığı məlumatda almaniyalı məşqçi ilə 3,5 illik müqavilə imzalandığı bildirilib.
Başqa sözlə, o, milli komandaya 2026-cı ilin yayına qədər başçılıq edəcək.
Almaniya yığmasında 108 oyuna 47 qol vuran Klinsmann futbolçu həyatını 2003-cü ildə başa vurub. 2004-cü ildə ölkəsinin əsas komandasının baş məşqçisi təyin edilib. Bundestimi iki il çalışdırandan sonra “Bavariya” (2008-09), ABŞ millisi (2011-16) və “Herta”ya (2019-20) başçılıq edib.