"Adana Dəmirspor" mübarizəni dayandırdı

17.01.2024 23:21 175
Ölkə futbolu
Türkiyə kubokunda 1/16 final mərhələsinin oyunları keçirilir.

"Football-plus.az" xəbər verir ki, millimizin qapıçısı Şahruddin Məhəmmədəliyevin çıxış etdiyi "Adana Dəmirspor" 2-ci liqa təmsilçisi "24 Ərzincanspor"la qarşılaşıb. Görüş 2:2 hesablı bərabərliklə nəticələnib. Oyunun qalibi penaltilər seriyasında müəyyənləşib. Aşağı liqa təmsilçisi 7:6 hesabı ilə qələbə qazanaraq adanalıları mübarizədən kənarlaşdırıb.

Həmyerlimizin adı matçın iştirak ərizəsinə salınmayıb.