Şahruddin "Beşiktaş"a qarşı oynaya bilməyəcək

25.09.2023 13:09 288
Dünya futbolu
Şahruddin Məhəmmədəliyev Türkiyə Superliqasının 3-cü turunun təxirə salınmış matçını - “Beşiktaş”la görüşü buraxacaq.

"Football-plus.az" xəbər verir ki, buna səbəb Superliqanın reqlamentidi.

"Adana Dəmirspor"la "Beşiktaş" arasındakı oyun avqustun 28-də keçirilməli idi. "Adana Dəmirspor" isə 29 yaşlı qolkiperlə sentyabrın 8-də müqavilə imzalayıb. Superliqanın qaydalarına əsasən, Şahruddin oyunun ilk tarixindənsonra transfer edildiyi üçün meydana çıxa bilməyəcək.

"Adana Dəmirspor" Məhəmmədəliyevdən başqa 9 futbolçusunun da xidmətindən yararlana bilməyəcək. Çünki daha 6 futbolçu analoji səbəbdən matçı buraxacaq. Həmçinin 3 oyunçu “Kasımpaşa”ya qarşı son turun matçında (1:2) qırmızı vərəqə aldığı üçün növbəti oyunda iştirak edə bilməyəcək.

Qeyd edək ki, “Adana Dəmirspor” – “Beşiktaş” matçı sentyabrın 27-də keçiriləcək.