Medina yanvarın 5-də “Qarabağ”a qoşulacaq

19.12.2023 20:30 727
Ölkə futbolu / Manşet
Bildiyiniz kimi, Kevin Medina Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda - “Molde” ilə səfər oyununda zədələnib.

Ona sağ bud tendom vətərinin qopması diaqnozu qoyulub. Dekabrın 12-də Finlandiyada əməliyyat olunan futbolçunun son durumu necədi? O, komandaya nə vaxt qoşulacaq? Klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev “Football-plus.az”ın sualını cavabladı:

“Kolumbiyalı oyunçu qış təlim-məşq toplanışında, yəni yanvarın 5-də komandaya qoşulacaq. Məqsəd bərpa və müalicə prosesinin daha uyğun formada keçirilməsi üçün fizioterapevtin və həkimlərin nəzarəti altında olmasıdı”.

GÜNAY SÜLEYMANOVA