"Neftçi" bu gün Almaniya klubu ilə üz-üzə gələcək

13.01.2024 11:53 233
Ölkə futbolu
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Neftçi" bu gün ikinci yoxlama oyununu keçirəcək.

"Football-plus.az" xəbər verir ki, Miodraq Bojoviçin baş məşqçisi olduğu komanda Almaniya 3-cü Bundesliqa təmsilçisi “Sportverein Valdhof”la üz-üzə gələcək.

Matç Bakı vaxtı ilə saat 16.00-da başlanacaq.

"Ağ-qaralar" ilk görüşündə Türkiyənin “Erzurumspor” kollektivinə 1:3 hesabı ilə uduzub.