Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışında olan "Sumqayıt" bu gün son yoxlama oyununu keçirib.
"Football-plus.az" xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi Türkiyənin 1-ci liqa klubu "Ərzurumspor"la qarşılaşıb. 7 qolun vurulduğu matç türkiyəlilərin qələbəsi ilə nəticələnib - 4:3. "Sumqayıt"ın hər üç qolunu yeni transfer Erik Sorqa vurub.