"Turan Tovuz"un futbolçusu Budaq Nəsirov 1-ci liqa klubundan təklif alıb.
"Football-plus.az"ın əldə etdiyi məlumata görə, "İmişli"nin baş məşqçisi Əsgər Abdullayev oyunçuyla əlaqə saxlayaraq xidmətində maraqlı olduğunu bildirib. Lakin Budaq premyer-liqada oynamaq istədiyindən təklifi qəbul etməyib.
Qeyd edək ki, "İmişli" qış fasiləsinə 20 xalla turnir cədvəlinin 4-cü pilləsində yollanıb. Klub çempionluq iddiasında olduğundan təcrübəli futbolçu axtarışındadı. Kollektiv lider "Qaradağ Lökbatan"dan nə az, nə çox - 7 xal geridədi.
KƏNAN BAHADIR