Tedesko Bakıdan Fedunun xanımına nə göndərib?

11.01.2024 14:23 613
Dünya futbolu / Manşet
Belçika yığmasının baş məşqçisi Domeniko Tedesko daim rusiyalı jurnalistlərin diqqət mərkəzindədi.

O, “Sport-Ekspress”ə verdiyi müsahibədə 2019-21-ci illər aralığında çalışdırdığı “Spartak”ın sabiq prezidenti Leonid Fedun və onun xanımı Zarema Salihova ilə əlaqələri hələ də qoruduğunu bildirib. Daha doğrusu, Tedesko həmkarımızın ona ünvanladığı “Zarema tez-tez uğurlarınızı KİV-də şərh edir. O da sizə yazırmı” sualının cavabında maraqlı məqamın üstünü açıb:

“Bayramlarda əlaqə saxlayırıq, mən qalib gələndə mesaj göndərir. Hətta Azərbaycanda olarkən “Lukoyl” yanacaqdoldurma məntəqəsinin yanında çəkdirdiyim şəkli də göndərmişdim”.