Belçika millisinin heyətində dəyişiklik

8.09.2023 12:16 282
AÇ-2024-ün seçmə mərhələsinin 5-ci turunda Azərbaycan millisinin qonağı olacaq Belçika yığmasının heyətində dəyişiklik baş verib.

"Football-plus.az" xəbər verir ki, bu barədə Belçika Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Yığmanın baş məşqçisi Domeniko Tedesko zədəli Orel Manqalanın əvəzinə Aster Vranksı heyətə dəvət edib.

Qeyd edək ki, sentyabrın 9-da Bakıda keçiriləcək Azərbaycan - Belçika qarşılaşması saat 17.00-da başlayacaq.