“Turan Tovuz”un Rumıniya klubu ilə oyunu təxirə salındı

9.01.2024 17:55 196
Ölkə futbolu
Mövsümün ikinci yarısına Türkiyədə hazırlaşan “Turan Tovuz”un bu gün keçirməli olduğu ilk yoxlama görüşü təxirə salınıb.

"Football-plus.az" xəbər verir ki, Rumıniyanın “Voluntari” komandası ilə qarşılaşma əlverişsiz hava şəraiti ilə əlaqədar bu gün baş tutmayacaq.

Tərəflər matçın yanvarın 10-da keçirilməsini razılaşdırıblar. “Topkapı Sport Center”in meydanında təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 17.00-da başlayacaq.

Qeyd edək ki, “Turan Tovuz” yanvarın 15-də daha iki oyun keçirəcək. Komanda həmin gün Macarıstanın “Şiofok” və Özbəkistanın “Nasaf” kollektivləri ilə üz-üzə gələcək.