"Football-plus.az" xəbər verir ki, qış fasiləsinə sonuncu – 14-cü pillədə yollanan komandada bir müddət öncə baş məşqçi dəyişikliyi oldu.
“Sükan arxasına” Elşad Tağıyev keçdi. Mütəxəssis gəlişinin ilk günlərindən etibarən müəyyən dəyişikliklərə imza atdı. Demək olar ki, bütün futbolçularla yolları ayırdı, gəncləri komandaya cəlb etdi. “Bu qədər dəyişiklik edən komandanın sponsor problemi həllini tapdımı” sualını klubun icraçı direktoru Cavid Nəzərova ünvanladıq:
“Sponsor problemi hələ ki tam həll olunmayıb. Danışıqlar gedir, sadəcə, rəsmi bir şey olmadığı üçün açıqlaya bilmərik”.
KAMAL SƏFƏR




