• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Bu çətin prosesdi və bunun nə vaxt baş verəcəyini dəqiq deyə bilmərik"

Manşet / Müsahibə

2-01-2024, 08:0

“Qəbələ” ilə son pilləni bölüşən “Kəpəz”in sponsor problemi hələ də həllini tapmayıb. Adil Şükürovun gəlişindən sonra nəticələri nisbətən yaxşılaşan komandanın qışdan sonrakı çıxışı maraq doğurur.

Klubun icraçı direktoru İlqar Nadiri ilə söhbətdə bəzi suallara cavab tapmağa çalışdıq.

- Adil Şükürovun gəlişindən sonra “Kəpəz”də nisbətən yüksəliş hiss olunur. Bu tendensiya sizi qane edir? Adil Şükürov komandanı elitada saxlaya biləcəkmi? Bunun üçün ona lazımi dəstək verilirmi?
- Adil Şükürovun gəlişindən sonra komanda uğurlu oyunlar keçirdi, qələbə, xallar qazandı. Oyunçuların döyüşkənliyi və meydançada apardığı mübarizə bizi qane edir. Vacib amil odu ki, bu nəticə azarkeşləri də qane edir. İnanırıq ki, bu mübarizəni davam etdirib komandanı əsas liqada saxlaya biləcəklər.

- Klubun sponsor problemi nə yerdədi? Bu yolda hansısa addımlar atılır? Yeni sponsorluq təklifləri var? Sizcə, kluba sponsor tapılmamasının səbəbi nədi?
- Artıq ikinci ildi elitada çıxış edirik. Heç bir sponsor, heç bir iş adamı və heç bir şirkət tərəfindən dəstək yoxdu. Bunun üçün klub və Futbolun İnkişaf Fondu tərəfindən axtarış davam edir, görüşlər təşkil olunur. Sadəcə, Azərbaycanda futbola sponsor cəlb etmək asan deyil. Bu çətin prosesdi və bunun nə vaxt baş verəcəyini dəqiq deyə bilmərik. Çünki futbola sponsorluq edən şirkətlər həddindən artıq azdı. O cümlədən, “Kəpəz”ə heç bir sponsor yardımı cəlb edə bilməmişik.

- Klubun sponsor, maliyyə problemlərinin olmasına baxmayaraq, iki yerli, iki legioner qapıçınız var. Legioner qapıçınız Vladislav Vasilyuçeki komandaya cəlb edib ehtiyatda saxlayırsız. Onunla müqaviləyə vaxtından əvvəl xitam verəcəksiz, yoxsa sona qədər qalacaq?
- Klubda iki yerli qapıçının olması normaldı. Hətta biz istəyərdik ki, üç yerli qapıçı olsun. Sadəcə, bizə daha çox kömək edə biləcək qolkiperləri komandaya cəlb edə və yaxud da saxlaya bilmədik. Ona görə də məcbur idik ki, qapını legionerə həvalə edək. Bu da öz növbəsində bizim klubun strategiyasına uyğun olan yol deyil. Çünki həm legioner oyunçu limitini itiririk, həm də kifayət qədər vəsait xərcləməli oluruq. Bu il də qapıçı mövqeyi seçimində səhv oldu, ehtimallar doğrulmadı. Vasilyuçeklə bir müddət əvvəl danışılıb. Məşqçilər heyəti və klub olaraq, artıq həmin qapıçıyla yolları ayırmaq qərara alınıb. Sadəcə, gözləyirdik ki, Vasilyuçeki fasilədə yola salaq.

- ”Kəpəz”in akademiyasının tezliklə açılacağı deyilir, guya artıq işlər yekunlaşıb. Bəs akademiya açılışa hazıdı?
- Akademiya açılışa tam hazırdı. Bütün mebel, təchizat və digər işlər yekunlaşdırılıb. Sadəcə, qaz xəttinin istismara verilməsi prosesi qalıb. Bu mərhələdən sonra açılışın tarixi müəyyənləşəcək. Biz də klub olaraq, istəyirik ki, açılış tezləşsin, uşaqlar və əsas komanda buradan istifadə edə bilsin.

- Stadionun təlim-bərpa işləri necə gedir? Hansısa problemlə qarşılaşmırsız?
- Stadionla bağlı bizim məlumat verməyimiz doğru olmaz. Çünki orda klub tərəfindən heç bir iş görülmür. Ordakı işlərin hər biri Gənclər və İdman Nazirliyinin rəhbərliyi əsasında aparılır. Bizim bildiyimiz, sadəcə, ordakı işlərin davam etməsi və söküntü işlərinin tam yekunlaşmasıdı.

MİRKAMAL KAZIMZADƏ

Paylaş:
Digər xəbərlər

Premyer-liqa

20-11-2023, 18:0

Adil Şükürovun köməkçiləri bəlli oldu

Ölkə futbolu / Manşet

14-11-2023, 17:0

Adil Şükürovun koməkçiləri bəlli oldu – biri “Neftçi”dən gəlib...

Premyer-liqa / Manşet

2-03-2023, 18:0

"Kəpəz"lə bağlı Gəncədə vacib tədbir keçiriləcək

Premyer-liqa / Manşet

8-07-2023, 17:0

RDC MMC niyə "Kəpəz"ə yox, "İmişli"yə sponsorluq etməyə razı olub? - SƏBƏB

Aktual / Premyer-liqa

23-11-2023, 11:0

Adil Şükürov Azər Məmmədovun köməkçisindən üzr istəyib?

Aktual
“Düzdü, əvvəl bir torpaq sahəsi tapılmışdı” – deputat “İmişli”nin planlarını açıqladı
“Zirə”dən ayrılmaq qərarını apreldən vermişdim” – Rəşad Sadıqov Ceyhun Nuriyevi yenə komandaya çağırıb?
“Zirə”də son durum – toplanışa qatılmayan futbolçu varmı?
"Nə qədər ki, "Səbail" Bayıldadı, biz də yanındayıq" – üsyan, yoxsa razılıq?
“Türkiyə yığmasının heyətini Hakan Çalhanoğlu ilə Merih Dəmiral qurur” – Bakıdan şok açıqlama
"Hər iki komanda ciddi rəqibdi" - Kukseviç püşkün nəticəsi haqda nə dedi?
Son xəbərlər
  • Bu gün, 01:05
    Belçika - İran oyunu qolsuz bitdi - DÇ gecəsi
  • Dünən, 23:58
    ''Qalatasaray''lı futbolçu dünya çempionatında zədələndi
  • Dünən, 23:13
    Məşhur futbolçu mundialın sonunu gözləyir
  • Dünən, 22:42
    İkardinin menecerindən yeni açıqlama - ''Ümumi məxrəcə gələ bilməmişik''
  • Dünən, 22:11
    İspaniyadan böyükhesablı qələbə - DÇ gecəsi
  • Dünən, 21:50
    “Düzdü, əvvəl bir torpaq sahəsi tapılmışdı” – deputat “İmişli”nin planlarını açıqladı
  • Dünən, 21:29
    Martin Zlomisliç "Qarabağ"da
  • Dünən, 20:58
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:31
    İngiltərədə iş yerini dəyişdi
  • Dünən, 20:00
    "Neftçi" kapitanları ilə yeni müqavilə imzaladı
  • Dünən, 18:53
    Yenə B seriyasında işləyəcək
  • Dünən, 18:20
    "Neftçi" 1/4 finalda mübarizəni dayandırdı - Dünya Seriyası
  • Dünən, 17:54
    “Zirə”dən ayrılmaq qərarını apreldən vermişdim” – Rəşad Sadıqov Ceyhun Nuriyevi yenə komandaya çağırıb?
  • Dünən, 17:22
    Klopp Türkiyənin uğursuzluğu haqda nələr dedi?
  • Dünən, 16:51
    Okan Buruk: ''Fənərbaxça'' daim bəhanə axtarır''
  • Dünən, 16:30
    “Zirə”də son durum – toplanışa qatılmayan futbolçu varmı?
  • Dünən, 16:10
    "Xankəndi" məşqçisiylə vidalaşdı
  • Dünən, 15:59
    "İmişli"də yeni məşqçi təyinatları
  • Dünən, 15:28
    "Qarabağ" Bədavi ilə bağlı qərarını açıqladı
  • Dünən, 14:57
    Fərman Həsənov: “UFC-də məqsədim titul uğrunda döyüşməkdi"
  • Dünən, 14:38
    "Nə qədər ki, "Səbail" Bayıldadı, biz də yanındayıq" – üsyan, yoxsa razılıq?
  • Dünən, 14:17
    Boksçumuz Dünya kubokunun qalibi oldu
  • Dünən, 13:56
    “Türkiyə yığmasının heyətini Hakan Çalhanoğlu ilə Merih Dəmiral qurur” – Bakıdan şok açıqlama
  • Dünən, 13:40
    Almaniya uzatma dəqiqələrində sevindi - DÇ günü
  • Dünən, 13:25
    Lyamuşinin yerini Renar tutdu - DÇ-nin istefası
  • Dünən, 12:54
    Kocamanın təyinatı nə üçün baş tutmadı? - ''Fənər''in yeni transferi İstanbula gəldi
  • Dünən, 12:23
    Kanadanın DÇ-də ilk qələbəsi tarixi alındı - ''Qırmızıların'' bolluğu diqqət çəkir
  • Dünən, 11:52
    "Zirə" legioneri ilə vidalaşdı
  • Dünən, 11:31
    "Hər iki komanda ciddi rəqibdi" - Kukseviç püşkün nəticəsi haqda nə dedi?
  • Dünən, 11:10
    "Turan Tovuz"da daha iki ayrılıq
  • Dünən, 10:59
    “Kəpəz”in heybətli görünən sədr və baş məşqçi postu... – Gəncədə uduzmaq üçün şir ürəyi yemək lazımdı!
  • Dünən, 10:30
    ABŞ yığması 1930-cu ili xatırladır
  • Dünən, 10:00
    Almaniyadan vətəni İspaniyaya qayıdacaq
  • 20-06-2026, 23:0
    "Avrokuboklarda iştirak edəcəyimizi əvvəlcədən bilməliydik" - Rəşad Sadıqov
  • 20-06-2026, 23:0
    DÇ-nin təəssüratı - futbol, şou, yoxsa hər ikisi?
Daha çox
Oxunub: 254
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 253
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 249
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Oxunub: 234
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Oxunub: 228
“Neftçi”yə gəl, qaqa, sənin sayəndə Konfrans Liqasında finala qədər getmək olar” – Elvin yenə diqqət mərkəzində
Oxunub: 190
Azər Həşimov yenidən premyer-liqada çalışa bilər – özü açıqladı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə