AFFA bu turnirə sponsor axtarır

6.12.2022 15:24 273
Ölkə futbolu
AFFA “Məktəbli kuboku” turnirinə sponsor axtarır.

Football-plus.az xəbər verir ki, bu barədə federasiyanın rəsmi saytı məlumat yayıb. Xəbərdə belə deyilir:

“Ölkənin ən kütləvi futbol turniri olan “Məktəbli kuboku”nun titul sponsoru adına sahib olmaq istəyən şirkətlər Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına müraciət edə bilər. Müraciətləri 23 dekabr 2022-ci il, saat 16:00-a qədər AFFA-nın elektron poçt ünvanına göndərmək olar”.

Qeyd edək ki, “Məktəbli kuboku” 2009-cu ildən keçirilir.