• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Birinci liqa komandaları sabah işə başlayır

1-ci liqa / Manşet

9-01-2024, 23:0

Ölkəmizdə futbol mövsümün ilk yarısına yekun vuruldu.

Komandalar qış fasiləsinə yollandı. Elita qədər olmasa da, 1-ci liqa oyunlarında da maraqlı mübarizə yaşanır. Aşağı dəstədə "Araz Saatlı" ilə "Şamaxı"da baş məşqçi istefası gerçəkləşdi. Paşa Əliyev səhhətinə görə "Difai Ağsu"dan ayrı düşdü. Onun vəzifəsini uzun müddət Elgiz Kərəmli icra etdi, sonra da baş məşqçi postunda təsdiq olundu. Ümumilikdə komandaların qış fasiləsindən necə yararlanacağını, nə vaxt toplanışa başlayacaqlarını, neçə yoldaşlıq oyunu keçiricəklərini öyrənmək istədik.

Azər Həşimov, "Qaradağ Lökbatan"ın baş məşqçisi: "Bu gün bir araya gəldik. Ayın 17-də isə təlim məşq toplanışına start verəcəyik. 4 yoxlama görüşü keçirməyi planlaşdırırıq. Rəqiblərin adlarina yaxın günlərdə aydınlıq gələcək. Danışıq apardığımız futbolçular var. Hücumameyilli oyunçularla güclənməyi düşünürük". 

Nazim Süleymanov, “İrəvan”ın baş məşqçisi:
“Yanvarın 10-da rəhbərlik, məşqçi korpusu və futbolçular bir araya gələcək, bütün planlar həmin gün dəqiqləşəcək. “Transfer pəncərəsi” açıq olduğuna görə gələnlərin və gedənlərin olması mümkündü. Hələ ki yoldaşlıq oyunları üçün rəqib tapmamışıq. Sponsor problemi də həllini tapmayıb, yalnız AFFA-nın ayırdığı pulla fəaliyyət göstərməyə məcburuq”.

Ramiz Məmmədov, "Şamaxı"nın baş məşqçisi:
"Yanvarın 10-da toplanışa başlayırıq. Transfer çalışmalarına da start vermişik. Hələlik bu barədə çox danışmaq istəmirəm. Amma irəliləyən günlərdə kimləri sıralarımıza cəlb etdiyimizi biləcəksiz. Təbii ki, yoldaşlıq görüşləri də nəzərdə tutmuşuq. Yanvarın 14-də Saatlıda “Araz Saatlı”, 21-də evdə “Füzuli” ilə qarşılaşacağıq”. 

Qəzənfər Abbasov, MOİK-in baş məşqçisi: "Hələlik istirahətdəyik. Yanvarın 10-da bir araya gələrək toplanışla bağlı planlarımızı qətiləşdirəcəyik. Transferlərimiz olacaq. Danışıq apardığımız oyunçular var. Daha detallı məlumatları ayın 10-dan sonra bildirəcəyik". 

Kənan Kərimov, "Karvan"ın baş məşqçisi: "Hələlik futbolçulara istirahət vermişik. Təxminən yanvarın 10-da toplaşacağıq. Komandadan gedənlər və yeni cəlb olunanlar olacaq. Hazırda danışıq aparırıq. İki yoldaşlıq oyunu keçirməyi düşünürük. "Şamaxı" və "Mingəçevir" ilə şifahi razılığa gəlmişik". 

Rüfət Quliyev, "Araz Saatlı"nın baş məşqçisi: "Yanvarın 5-dən toplanışa start vermişik. Təlim-məşq prosesimiz üç mərhələdən ibarət olacaq. İlk mərhələ ayın 5-17-si aralığında olacaq. Bu vaxt aralığında gündə iki dəfə məşq edəcəyik. Ayın 14-nə "Şamaxı" ilə yoldaşlıq görüşümüz nəzərdə tutulub. Hazılığın 2-ci mərhələsi yanvarın 21-dən 31-nə qədər davam edəcək. Bu mərhələdə də iki-üç yoxlama oyunları keçirməyi nəzərdə tutmuşuq. Amma rəqiblərin adına hələlik aydınlıq gəlməyib. Toplanışın sonuncu mərhləsi fevralın 2-8-i aralığını əhatə edəcək. Heyətdən 9 nəfər yola salınıb. Onlardan biri əcnəbidi. Belə ki, qvineyalı müdafiəçimiz Tahiru Bah ölkəmizdə viza məsələləri üzündən problem yaşadı. Odu ki, onunla vidalaşmaq məcburiyyətində qaldıq. Gedənlərin yerini doldurmağa çalışacağıq. Başlıca məqsədimiz elitada yerimizi qorumaqdı. Bunun üçün sona qədər döyüşəcəyik. İnşallah, məqsədimizə çatacağıq". 

Asəf Məlikov ("Difai Ağsu"nun prezidenti): “Əlbəttə, turnir cədvəlindəki yerimizdən məmnun qala bilmərik. Bunun üçün müəyyən addımlar atılacaq, iclas keçiriləcək, təhlil aparılacaq. Çempionatın 2-ci yarısı və 2024-cü il üçün hədəflər müəyyənləşdiriləcək. Kimlər yola salınacaq, kimlər cəlb olunacaq - bununla bağlı işlər də aparılacaq. Hələ ki bayram istirahətindəyik. Bayramdan sonra planlarımız və qərarlarımız ilə bağlı ictimaiyyətə və mətbuata açıqlama veriləcək”.

Ruslan Həmidov, "Mingəçevir"in İdarə Heyətinin sədri: "Yanvarın 10-da bir araya gəlib, planlaşdırma aparacağıq. Ayın 20-dən isə təlim-məşq toplanışı başlayacaq. 2-3 yoxlama matçı keçirməyi düşünürük. Rəqiblərimizin kimliyinə ayın 10-dən sonra aydınlıq gələcək. 3 futbolçu ilə qarşılıqlı razılıq əsasında yollarımızı ayırmışıq. Danışıq apardığımız oyunçular var. Gedənlər qədər də yeni gələnlər olacaq".

Rüstəm Məmmədov, "Zaqatala"nın baş məşqçisi: "Yanvarın 10-da yığışmaq istəyirik. İndidən neçə yoxlama görüşü keçirəcəyimizi deyə bilmərəm. Bu məqsədlə klublarla danışıq aparırıq. Amma hələlik ortaq məxrəcə gələ bilməmişik. Çünki rəqiblərin seçdiyi günlərlə bizim təyin etdiyimiz oyun günləri üst-üstə düşmür. Bu məsələ məni bir qədər narahat edir. Hələlik bir futbolçuyla yollarımızı ayırmışıq. Söhbət Bəhruz Teymurovdan gedir. Onunla qarşılıqlı razılıq əsasında vidalaşdıq. Komandadan daha kimlərin gedəcəyini yeni transferlər həyata keçirəndən sonra biləcəyik". 

Aqşin Mürsəlov, "İmişli"nin İdarə Heyətinin sədri: "Yanvarın 9-da İmişlidə toplaşacağıq. Yoldaşlıq matçları keçirməyi planlaşdırırıq. Amma rəqiblərin adlarına hələ aydınlıq gəlməyib. Hələlik Tonia Tisdellə yollarımızı ayırmışıq. Daha kimləri yola salacağımız dəqiq deyil. İki futbolçumuzu icarəyə vermişik. Emin Quliyev "Füzuli"də, Məzahir Əhmədov isə "İrəvan"da təcrübə toplayacaq. Təəssüf ki, zədələrdən də yan keçə bilmədik. İlyas Səfərzadə ilə Ziya Məmmədli uzun müddətə sıradan çıxıb. Onlar komandaya kömək edə bilməyəcək. Hazırda heyətimiz kasadlaşıb. İstəyirik premyer-liqa təcrübəsi olan oyunçularla güclənək. Ona görə də hazırda elita komandaları ilə danışıq aparırıq. Komandalarında yetərincə şans qazana bilməyən oyunçuları icarəyə götürmək və ya transfer etmək istəyirik. Sıralarımıza 7-8 oyunçu əlavə etmək niyyətindəyik. Amma hələlik danışıqlar davam edir". 

ABDULLA İSMAYILOĞLU 

Paylaş:
Digər xəbərlər

1-ci liqa

28-08-2023, 21:0

1-ci liqada 2023-24 mövsümünün - TƏQVİMİ

Aktual / 1-ci liqa

18-11-2023, 16:0

"Difai Ağsu" üçün sağlamlıq önəmlidi - AÇIQLAMA

Ölkə futbolu / Manşet

28-12-2023, 13:0

Azərbaycan klubunda islahat: baş məşqçi və idman direktoru dəyişdi

1-ci liqa / Manşet

12-01-2023, 13:0

“Araz Naxçıvan” Bakıya sığınacaq - AÇIQLAMA

1-ci liqa / Manşet

1-11-2023, 17:0

“Şamaxı” və "İrəvan"dan qələbə, "Zaqatala" və "Araz Saatlı" darmadağın edildi - YENİLƏNİB

Aktual / 1-ci liqa

7-10-2023, 16:0

1-ci liqada lider dəyişdi: Nazim Süleymanov zirvədədi – TURUN ŞƏRHİ

Aktual
Mezzotero asan qol vurdu, amma vurdu da!
“Kəpəz” azarkeşləri Mahmud Qurbanovu istəyir, o isə susur
“Məğlub olmuşuqsa, deməli, çatışmayan cəhətlər var” – Şahin Diniyev
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
“Difai” 2-ci liqadan çəkiləcək?
"...məvaciblərinin artırılmasını istəyirlər" - Azər Bağırov "Şamaxı"dakı "yarpaq tökümü"nün səbəbini açıqladı
Son xəbərlər
  • Dünən, 23:58
    "Qalib gəlmək və mövsümü yüksək əhval-ruhiyyə ilə bitirmək istəyirik" - Cəlal Hüseynov
  • Dünən, 23:17
    Hacı Əliyev milliyə məşqçi təyin edildi
  • Dünən, 22:46
    Fizuli Məmmədov "Şahdağ Qusar"da
  • Dünən, 22:35
    İngiltərədə iş yerini dəyişdi
  • Dünən, 22:01
    Mezzotero asan qol vurdu, amma vurdu da!
  • Dünən, 21:39
    Ayxan Abbasov: "Abdulla ilə Anton millinin ən intizamlı futbolçularıdı"
  • Dünən, 21:11
    "Şamaxı"nın yay hazırlıq planı məlum oldu
  • Dünən, 20:59
    London klubunda gözlənilməz istefa
  • Dünən, 20:28
    Dünya çempionatını buraxacaq
  • Dünən, 19:57
    Parisi tərk edəcək
  • Dünən, 19:36
    Şimali Makedoniya - Azərbaycan matçının hakimləri
  • Dünən, 19:15
    Milandan Turinə yollana bilər
  • Dünən, 18:54
    Slot harda qərar tutacaq?
  • Dünən, 18:23
    “Şəfa”nın yay hazırlıq planı bəlli oldu
  • Dünən, 17:52
    “Kəpəz” azarkeşləri Mahmud Qurbanovu istəyir, o isə susur
  • Dünən, 17:28
    La Liqada hamını qabaqladı
  • Dünən, 16:57
    PFL-dən “CBC Sport”un direktoruna xüsusi hədiyyə
  • Dünən, 16:26
    Bundestimdə itki
  • Dünən, 15:55
    Levi səhmlərin bir hissəsini satdı
  • Dünən, 15:24
    Dünya çempionatında oynaya bilməyəcək
  • Dünən, 14:53
    Premyer-liqada mövsümün ən yaxşı 10 qolu - VİDEO
  • Dünən, 14:32
    Liverpuldan Londona yollandı
  • Dünən, 14:11
    “Məğlub olmuşuqsa, deməli, çatışmayan cəhətlər var” – Şahin Diniyev
  • Dünən, 13:50
    Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
  • Dünən, 13:29
    Florensiyanı tərk etdi
  • Dünən, 12:58
    “Gələn il Çempionlar Liqası üçün qayıdacağıq” - “Arsenal”ın qələbə paradına milyona yaxın azarkeş qatıldı
  • Dünən, 12:37
    “Gucci” “Alpin”ə ildə 50 milyon dollar verəcək! - dəb evi də “Formula-1” dünyasına ayaq açdı
  • Dünən, 12:16
    Vembanyama niyə ağladı?
  • Dünən, 11:55
    Premyer-liqanın tarixinə düşdü
  • Dünən, 11:34
    "Şəfa" yayın ilk transferini etdi
  • Dünən, 11:13
    “Difai” 2-ci liqadan çəkiləcək?
  • Dünən, 10:52
    Şəhriyar Məmmədyarov qələbə qazandı - “UzChess Cup”
  • Dünən, 10:31
    “Veqas” final seriyasına qələbə ilə başladı
  • Dünən, 10:00
    "...məvaciblərinin artırılmasını istəyirlər" - Azər Bağırov "Şamaxı"dakı "yarpaq tökümü"nün səbəbini açıqladı
  • Dünən, 08:31
    Xaçmazda regional turnir başa çatdı
Daha çox
Oxunub: 720
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 253
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 250
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 226
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 214
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 159
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə