“Neftçi” Aaron Olanare ilə yollarını ayırdı

6.01.2024 19:57 253
Ölkə futbolu
“Neftçi” futbolçusu Aaron Olanare ilə yollarını ayırıb.

"Football-plus.az" xəbər verir ki, 29 yaşlı nigeriyalı hücumçu ilə müqaviləyə qarşılıqlı razılığa əsasən xitam verilib.

Qeyd edək ki, A.Olanare mövsümün əvvəlindən paytaxt təmsilçisində çıxış edirdi. Futbolçu "Neftçi"nin heyətində 15 oyunda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.