"Neftçi" yeni transferini iştirak ərizəsinə əlavə etdi

10.08.2023 10:36 295
Aktual / Konfrans Liqası
“Neftçi” yeni transferi Aaron Olanarenin adını Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Beşiktaş”la oyunlar üçün iştirak ərizəsinə əlavə edib.

"Football-plus.az" xəbər verir ki, UEFA-nın rəsmi saytının oyunla bağlı proqramında nigeriyalı oyunçunun adı hücumçular sırasında yer alıb.

Qeyd edək ki, "Neftçi" dünən A.Olanare ilə 1 illik müqavilə imzalayıb. 29 yaşlı futbolçu paytaxt təmsilçisinin heyətində 25 nömrəli formanı geyinəcək.

Xatırladaq ki, bu gün keçiriləcək "Neftçi" - "Beşiktaş" görüşü saat 21.00-da başlayacaq.