“Sabah” futbolçusu ilə yollarını ayırdı

23.09.2023 23:58 266
Ölkə futbolu
“Sabah” braziliyalı futbolçusu Hiqor Qabriellə yollarını ayırıb.

"Football-plus.az” xəbər verir ki, bu barədə paytaxt klubu məlumat yayıb.

Bildirilib ki, 24 yaşlı mərkəz müdafiəçisi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, 2022-ci ilin fevralında “Sabah”a keçən Hiqor Qabriel 2022/2023 mövsümünün ilk yarısını Belarusun “Dinamo” (Minsk), ikinci dövrəsini isə Ukraynanın “Lvov” klubunda icarə əsasında keçirib.