“Sadəcə, bir oyunçumuz qalıb, o da ailə problemləriylə bağlı ayın 7-də qoşulacaq”

6.01.2024 15:52 291
Premyer-liqa / Manşet
Misli premyer-liqasının ilk yarısında yetərincə yaxşı təsir bağışlayan “Araz-Naxçıvan” da dünən təlim-məşq toplanışına başlayıb.

“Football-plus.az” olaraq, komandadakı durumla bağlı bilgi almaq üçün baş məşqçi Azər Bağırovla danışdıq:

“Artıq məşqlərə start vermişik. Ayın 10-na qədər burdayıq. Yanvarın 12-si səhər Qəbələyə yollanacaq və 4 gün orda olacağıq. Çünki “Qəbələ” ilə oyunumuz var. Demək olar ki, bu gün futbolçuların hamısı məşqə qoşulub və düşərgədədi. Sadəcə, bir oyunçumuz qalıb, o da ailə problemləriylə bağlı ayın 7-də qoşulacaq. Ümumilikdə hər şey qaydasındadı. Baxışda olan futbolçular yoxdu, amma yeni oyunçular olacaq. Ola bilər ki, bəzi gənc futbolçularımızı da başqa komandalara icarəyə verək”.


MİRKAMAL KAZIMZADƏ