Millimizin rəsmi və yoldaşlıq oyunları ilə əlaqədar Misli premyer-liqasında yaranmış fasilədən istifadə edən “Araz-Naxçıvan”ın üzvləri 3 günlük istirahətə buraxılıb.
"Football-plus.az" xəbər verir ki, bu barədə Naxçıvan klubu məlumat yayıb.
Sentyabrın 7-də bir araya gələcək komanda həmin gün Qəbələyə yollanacaq və ayın 11-dək məşqlərini orada davam etdirəcək. Hazırlıq çərçivəsində “Araz-Naxçıvan” sentyabrın 10-da “Qəbələ” ilə yoldaşlıq oyunu keçirəcək.
Abdulla Rzayev və Mirəli Əhmədov U-21-in, qapıçı Kristian Avram isə Moldova millisinin düşərgəsinə yollandığına görə, hazırlıq prosesində və yoldaşlıq matçında iştirak etməyəcəklər.