“Neftçi” Türkiyənin Antalya şəhərinin Belek bölgəsində qış təlim-məşq toplanışına start verib.
Klubun mətbuat xidmətindən saytımıza verilən məlumata görə, 3 legioner futbolçu sonradan komandanın təlim-məşq toplanışına qoşulacaq:
“Gloria Sport Arena”da keçirilən ilk məşq günündə bir müddətdi zədəli olan Qara Qarayev və Fərid Yusifli fərdi olaraq hazırlıq keçiblər. Misli Premyer Liqasının 18-ci turunda “Kəpəz”lə oyunda sıradan çıxan Reziuan Mirzov hələlik müalicəsini davam etdirir. Komandamızın daha 3 üzvü Klian Lebon, Andre Şinyaşiki və Yuri Matias isə toplanışın növbəti günlərində komandaya qoşulacaqlar”.
MİRKAMAL KAZIMZADƏ