“Sabah” Türkiyədə 2 yoxlama oyunu keçirəcək

26.12.2023 14:11 189
Ölkə futbolu
“Sabah”ın qış hazırlıq planı məlum olub.

"Football-plus.az" xəbər verir ki, futbolçular yanvarın 4-dən 15-dək Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışı keçəcəklər.

Komanda “Titanic Deluxe Belek” hotelində məskunlaşacaq.

Toplanışda 2 yoxlama oyununun keçirilməsi nəzərdə tutulub. Rəqiblər hələlik məlum deyil.