PSJ-nin hücumçusu Kilian Mbappe artıq “Liverpul” üçün maraqlı deyil.
“Football-plus.az” xəbər verir ki, Böyük Britaniya mətbuatının məlumatına görə, İngiltərə klubu 24 yaşlı forvardın transferini planlaşdırmır. Rəhbərlik heyətə daha gənc futbolçuları cəlb etməyi zəruri sayır.
Mbappenin PSJ ilə müqaviləsinin müddəti 2024-cü ilin yayına qədərdi. “Transfermarkt” portalı dünya çemionunu 180 milyon avro qiymətləndirir.