“Real” gələn mövsüm Kilian Mbappenin transferi ilə bağlı PSJ ilə razılığa gəlib. Bu xəbəri “sport.fr” portalı yayıb.
"Football-plus.az" xəbər verir ki, bu mənbəyə əsasən PSJ futbolçu üçün müəyyən məbləğdə təzminat və bonus ala bilər. Mbappenin isə yeni klubunda ilə 35 milyon avro qazanacağı bildirilib. “Real”da hazırda belə yüksək maaş alan futbolçu yoxdu. Qeyd edək ki, Kilianın PSJ ilə müqaviləsinin müddəti 2024-cü il iyunun 30-na qədərdi. Bu səbəbdən ortaya təbii sual çıxır: İspaniya nəhəngi yayda azad agentə çevriləcək hücumçuya görə nə üçün təzminat ödəməlidi? “Sport.fr” portalı Mbappenin yayda Madridə yollanması üçün PSJ-də aldığı maaşının azaldılmasına razılaşıb: onun illik məvacibinin 54 milyon avrodan 35 milyona qədər azaldılacağı qeyd edilib. “Real” rəhbərliyi Kilianın imici ilə bağlı hüquqlarından maksimum qazanc əldə edəcəyi ilə razılaşıb.
O, bu mövsüm Liqa 1-də 14 oyun keçirib, 15 qol vurub və 2 məhsuldar ötürmə verib.