• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Rəşad Sadıqovun Ceyhunla bağlı üç variantı var

Dünya futbolu

4-01-2024, 13:0

Ceyhun Nuriyev “Sabah”da çoxlarının gözləmədiyi şəkildə sıçrayış etdi.

Futbolçu əvvəlcə “bayquşlar”ın heyətində tez-tez şans qazanmağa başladı. Sonra Milan Obradoviç onu U-21-ə çağırdı. Nəhayət, ötən mövsüm özünü yaxşı tərəfdən göstərən gənc vingeri ölkənin əsas komandasına da cəlb etdilər. Amma Ceyhunun zəfər təntənəsi uzun sürmədi və cari mövsümdə bəxti gətirmədi. Bu mövsüm Masazır təmsilçisində cəmi 5 oyunda (3 premyer-liqa, 2 avro kubok matçı), 99 dəqiqə meydanda olub. Baş məşqçi və klub rəhbərliyi bunu rəqabətin güclü olmasıyla əlaqələndirsə də, başqa səbəblərin olmasıyla bağlı da şübhələrim var. Yoxsa futbolçu nədən iki ayağını bir başmağa dirəyib getməkdə israr etsin ki?! Müstəntiqlik edib qaranlıq məqamları aydınlaşdırma kimi məqsədim yoxdu. Zatən buna ehtiyac da qalmayıb. Futbolçunun qiyamı effekt verdi və müqaviləsi qarşılıqlı razılıq əsasında pozuldu. Nəticədə Ceyhun azad agent statusu qazanmaqla “Zirə”nin sıralarına qoşuldu. Bununla həm Rəşad Sadıqov, həm də Ceyhun Nuriyev arzusuna çatdı. Belə ki, biri komandasının hücum xəttini gücləndirmək, digəri daha çox oynayıb şans qazanmaq istəyirdi. Şübhə yox ki, yığmamızın sabiq kapitanı “Sabah”da yetərincə şans qazana bilməyən futbolçunu transfer edibsə, deməli, onun potensialına bələddi. Zatən hazırda “qartallar”ın hücum xəttində ciddi böhran var. Sadıqov heyətdə yer alan iki hücumçudan istədiyi kimi yararlana bilmir. Felipe Paxtman gələndən “zədələr zəncirinin içindədi”. “Sambaçı” nə vaxt meydana çıxırsa, bir qədər sonra zədəli kimi vaxtsız oyunu tərk edir və bu da müntəzəm hal alıb. Vladislav Kulaç ötən mövsüm qəsəbə təmsilçisinə böyük ümidlərlə cəlb olunsa da, cari mövsümdə zədəyə görə kənarda qaldı. Ukraynalı artıq zədəsini sağaltsa da, istənilən formada deyil. Məhz buna görə baş məşqçi məcburiyyətdən Rüstəm Əhmədzadəni, Rəhim Sadıxovu, bəzən də İsa Cibrilanı forvard kimi oynadır. Təbii ki, bu alternativlər arzulanan effekti vermir. Ceyhunun transferiylə “Zirə” də vingerlərin sayı bir qədər də artdı. Sual doğur: Rəşad Sadıqov “Sabah”ın sabiq oyunçusunu hansı mövqedə sınayacaq? Hesab edirəm ki, baş məşqçi bu variantlara əl atacaq.
1. Kulaçla Paxtman lazımi formanı bərpa edənə kimi Rüstəmə hücumun sivri ucunda şans verməklə Ceyhunu “11 nömrə”nin mövqeyində yoxlamaq;
2. Rəhimi yenidən hücumçu kimi sınayıb Ceyhunla Rüstəmin məharətindən vinger kimi yararlanmaq, sürətli keçidlər təşkil etmək;
3. Ceyhundan forvard kimi yararlanmaq
Sonuncu variantın daha real olduğunu düşünürəm. Çünki Ceyhunun yaşıını, gücünü, fiziki göstəricilərini, qol duyumunu və futbol aclığını nəzərə alsaq, özünü doğrultmaq üçün bütün qüvvəsini ortaya qoyacaq. Futbolçu həm Rəşad Sadıqovun ehtimadını doğrultmaq, həm də “Sabah”da haqsızlığa düçar olduğunu göstərmək üçün meydanda dəridən-qabıqdan çıxacaq. İndi qalır qış toplanışında yeni komandasının ansamblına uyğunlaşmaq və çempionatın 2-ci yarısından özünü göstərmək.

ABDULLA İSMAYILOĞLU  

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

28-09-2023, 20:0

“Unutmayaq ki, Ceyhun məhz "Sabah"da parladı və yığmaya da cəlb olundu”

Manşet / Yazarlar

2-10-2023, 11:0

"Sabah"da futbolçu qiyamı: çıxış yolu varmı? - KÖŞƏ

Premyer-liqa / Manşet

8-11-2023, 20:0

“Ceyhun Nuriyev özünü "Sabah"ın ailəsində görmür, ona görə də…”

Premyer-liqa / Yazarlar

22-09-2023, 22:0

Rəşad Sadıqov onlara nəzər yetirsə... - KÖŞƏ

Yığma / Manşet

23-06-2022, 17:0

Ceyhun Nuriyev: “Onun əsas fərqli cəhəti...”

Premyer-liqa

26-12-2023, 18:0

Ceyhun Nuriyev “Zirə”də

Aktual
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
“Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
"Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
“Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
“Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
Son xəbərlər
  • Dünən, 23:51
    Luka Erlayn Almaniyada klubunu dəyişib.
  • Dünən, 23:14
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 22:44
    FİFA-nın reytinq siyahısında lider oldu
  • Dünən, 22:13
    Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
  • Dünən, 21:44
    Mançesterdən Madridə yollandı
  • Dünən, 21:13
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 20:42
    "Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
  • Dünən, 20:11
    "Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
  • Dünən, 19:40
    Toral "Şaxtyor"a qarşı oyunun start heyətində
  • Dünən, 19:08
    DÇ-2026-nın arzuolunmaz rəmzi yığmasına kimlər düşdülər?
  • Dünən, 18:37
    Təxminən 4 ay “istirahət edəcək”
  • Dünən, 18:06
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 17:35
    "Çempionatın startına kimi komanda daha yaxşı hazır olacaq" - Zaur Həşimov
  • Dünən, 17:03
    Salibanı kim əvəz edəcək?
  • Dünən, 16:32
    Mahir start heyətində!
  • Dünən, 16:00
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 15:32
    Yeniyetmə istedad “Liverpul”a qoşuldu
  • Dünən, 15:11
    “Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
  • Dünən, 14:53
    Zambiyalı futbolçu "Kəpəz"də
  • Dünən, 14:32
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 14:01
    Qapıçı ilə müqavilə yeniləndi
  • Dünən, 13:40
    "Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
  • Dünən, 13:19
    "Şamaxı" Qətər klubu ilə üz-üzə
  • Dünən, 12:58
    Klubuna daha bir il gərək oldu
  • Dünən, 12:27
    “Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
  • Dünən, 12:01
    İngiltərə futbolunda böyük itki
  • Dünən, 11:33
    Qarsiyaya xələf olacaq
  • Dünən, 11:00
    Dünya çempionu əməliyyat olunacaq
  • Dünən, 10:30
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 10:00
    Göz yaşlarını saxlaya bilmədi
  • Dünən, 00:47
    "Neftçi" PAOK-a uduzdu, mübarizəni dayandırdı
  • Dünən, 00:20
    İtaliya klubunda yeni müqavilə
  • 25-07-2026, 23:0
    İngiltərə klubunda yeni oyunçu
  • 25-07-2026, 22:0
    “Məncə, problem təkcə nəticələrdə deyil” - azarkeşlər avrokubok oyunlarına niyə maraq göstərmir?
  • 25-07-2026, 22:0
    London klubunda yeni oyunçu
Daha çox
Oxunub: 211
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 104
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 99
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 95
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 89
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə