Ceyhun Nuriyev: “Onun əsas fərqli cəhəti...”

23.06.2022 17:30 644
Yığma / Manşet
İki gün öncə AFFA rəhbərliyi U-21 millimizin baş məşqçisi Milan Obradoviçlə ortaq məxrəcə gələ bilməyərək yolları ayırdı.

Serbiyalının gənclər yığmamızdakı fəaliyyəti 3 il 6 ay çəkdi.

"Football-plus.az" saytı olaraq Obradoviçin rəhbərliyi altında oynayan Ceyhun Nuriyevin fikrini öyrəndik:

"Milan Obradoviç hər bir oyunçunu başa düşən, dəyər verən məşqçiydi. Onun əsas fərqli cəhəti o idi ki, meydanda futbolçulara səbəstlik verib özünün istədiyi kimi oynamısına şərait yaradırdı. Məşqçilikdən kənarda da yaxşı insan idi. Hər bir futbolçu ona yaxınlaşıb dərdini, problemini deyə bilirdi".


ABDULLA İSMAYILOĞLU