Qolkiper bir neçə gündü Murad Musayevin rəhbərliyi altında məşqə çıxır. Bəs digər “qiyamçı” Ceyhun Nuriyev nə vaxt komandaya qaytarılacaq? "Football-plus.az" saytı olaraq, bu sualı aydınlaşdırmaq üçün "bayquşlar"ın Müşahidə Şurasının üzvü və idman direktoru İqor Ponomaryov ilə əlaqə saxladıq:
[b]
"Nicat Mehbalıyev artıq A komandamızdadı. Məşqlərdə də səylə çalışır. Ceyhun isə əvəzedici heyətdədi. Futbolçuyla şəxsən söhbət etdim. O, özünü "Sabah"ın ailəsində görmür, ona görə də onun əsas komandaya cəlb olunması mümkün deyil. Ceyhun müqavilə müddəti bitənə kimi "Sabah-2"də çıxış edəcək".
İqor Anatolyeviç qışda futbolçunun başqa kluba keçib-keçməyəcəyinə də aydınlıq gətirdi:
"Bu barədə hələ danışmaq tezdi. Qış “transfer pəncərəsi”nə var. İndidən nəsə demək çətindi. Dəqiq olan Ceyhunun əvəzedici heyətdə oynayacağıdı".
ABDULLA İSMAYILOĞLU






