2023-cü ilin futbol dünyasında hansı hadisələrlə yadda qaldığını xatırlatmağın məqamıdı.
İl milli komanda səviyyəli nəhəng turnirlər baxımından kasad olsa da, vurğulanası məqamlar da yox deyildi. Əlbəttə, 365 gün ərzində sevindirici hadisələr yaşandığı kimi, məyusluq doğuran faktlar da qeydə alındı. İndi geri boylanaraq daha önəmli hadisələrə nəzər salacağıq. Beləliklə...
...rekordu...
Kriştiano Ronaldo bombardirlik qabiliyyətini Səudiyyə Ərəbistanında da ən yüksək səviyyədə nümayiş etdirir. Ulduz futbolçu artıq bu il “Əl-Nəssr”in formasında bütün turnirlərdə 53 qol vurub. Portuqaliyalı hücumçu bu göstəriciyə əsasən qapılara il ərzində hərəyə 52 dəfə yol tapan fransalı Kilian Mbappe (PSJ) ilə ingilis Harri Keyni (Bavariya) arxada qoyaraq liderliyi ələ alıb. Ronaldonun göstəricisini “Əl-Taavun” ilə çempionat matçında artırmaq şansının olduğunu da qeyd edək.