''Everton''la müqaviləsi bu mövsümün sonunda başa çatacaq Cenk Tosun gələcəyi ilə bağlı yekun qərarını verib.
Türkiyəli forvard Səudiyyə Ərəbistanından olduqca sərfəli bir təklif almışdı. ''Əl-Hilal'' 30 yaşlı futbolçuya illik 5 milyon avroluq məvacib olmaqla ikiillik müqavilə təklif etmişdi. Amma ailəsi ilə məsləhətləşdikdən sonra ərəblərin, eləcə də başqa İngiltərə klublarının təklifini geri çevirən Cenk vətəninə qayıtmağa üstünlük verib. O, sabiq klubu ''Beşiktaş''a dönəcək.
''Qartal'' təcrübəli futbolçuya 1,6 milyon avro maaş və ''2+1'' illik müqavilə təklif edib. Tərəflərin məhz bu şərtlərlə anlaşacağı gözlənilir. Son iki ildə iki ağır zədə keçirən Cenk bu mövsüm ''Everton''da cəmi 3 rəsmi oyuna çıxıb.