“Əl-Hilal” Massimiliano Alleqridən vaz keçmir.
“Football-plus.az” xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu “Yuventus”un baş məşqçisini razı salmaqda qərarlıdı. İtaliya mənbələrinin xəbərinə görə, ərəblər təcrübəli mütəxəssisə daha cəlbedici şərtlərlə müqavilə təklif edib. “Əl-Hilal” Alleqri ilə illik 30 milyon avro maaşı nəzərdə tutan 3 illik müqavilə imzalamağa hazırdı. İtaliyalı “Əl-Hilal”ın baş məşqçisi olmağa razılaşarsa, 10 milyon avroluq imza bonusu da ala bilər.
Qeyd edək ki, bir neçə gün əvvəl Alleqrinin “Əl-Hilal”ın ilə 20 milyon avroluq məvacibi nəzərdə tutan ilk təklifini geri çevirdiyi xəbər verilmişdi.