“Bəhramov”da bərpa işləri bir neçə ay davam edəcək

29.12.2023 16:26 259
Aktual / Ölkə futbolu
Bir neçə həftə əvvəl Tofiq Bəhramov adıan Respublika stadionunun damının bir hissəsinin güclü külək üzündən uçduğunu xəbər vermişdik.

Stadionun direktoruyla son söhbətdə işlərin davam etdiyini, lazım olan materialın xaricdən gətiriləcəyini bildirmişdi. Biz də təmir-bərpa işlərinin nə yerdə qaldığını öyrənmək üçün yenə Tələt Məmmədovla əlaqə saxladıq:

“Stadionun damı üçün lazım olan material ölkədə olmadığı üçün xaricdən gətirilməlidi. Hələ ki həmin material gətirilməyib. Bərpa işləri bir neçə ay davam edəcək”.

MİRKAMAL KAZIMZADƏ