Klubu artıq Salahdan əlini üzüb

23.06.2022 20:10 442
Dünya futbolu
“Liverpul” bu gedişlə liderini bir ildən sonra itirəcək.

İngiltərə klubu Məhəmməd Salahla yeni müqavilə ilə bağlı heç cür razılığa gələ bilmir. “Mirror” qəzetinin məlumatına görə, rəhbərlik artıq misirli hücumçunun gələn yay - müqavilə müddəti başa çatdıqdan sonra komandadan azad agent kimi ayrılmasına razıdı. Klubda bunun Salahın yeni mövsümdəki oyununa təsir etməyəcəyi də düşünülür.

“Liverpul”da 2017-ci ildən çıxış edən 30 yaşlı futbolçu ötən mövsüm premyer-liqanın ən yaxşı oyunçusu seçilib. O, son mövsüm bütün turnirlərdə 51 oyuna çıxıb, 31 qol vurub və 16 məhsuldar ötürmə edib.