“Araz-Naxçıvan” Qəbələdə təlim-məşq toplanışı keçirəcək

21.07.2023 17:53 293
Ölkə futbolu
Hazırlığın birinci mərhələsini Bakıda reallaşdıran “Araz-Naxçıvan” təlim-məşq toplanışı keçirmək üçün sabah Qəbələyə yola düşəcək.

"Football-plus.az" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, iyulun 30-dək Qəbələdə məskunlaşacaq komanda hazırlıq müddətində bir yoldaşlıq oyununda gücünü sınayacaq.

Görüşün tarixi və rəqib barədə əlavə məlumat veriləcəyi vurğulanıb.