Bu yay Avropanı bir çox tanınmış futbolçunun tərk edərək Səudiyyə Ərəbistanına yollandığı məlumdu.
“Football-plus.az” xəbər verir ki, “Mançester Siti”nin yarımmüdafiəçisi Kevin de Bruyne və “Barselona”nın hücumçusu Robert Levandovski də bu ölkənin klublarından cəlbedici təkliflər alıblar. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb. Hər iki futbolçu qarşı tərəfə rədd cavabı verib.
Qeyd edək ki, De Bruyne “Mançester Siti”də 2015-ci ildən, Levandovski isə “Barselona”da 2022-ci ildən çıxış edir.