• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“İnter” titulu əldən verdi

Dünya futbolu

24-12-2023, 11:0

Startı dekabrın 5-6-da iki oyunla verilən İtaliya kubokunun 1/8 finalında bu həftə keçirilən matçların nəticəsi çox gözlənilməz oldu.

“Football-plus.az” xəbər verir ki, çərşənbə axşamı ölkə çempionu “Napoli”nin evdə “Frozinone”yə 0:4 (!) hesablı məğlubiyyətindən sonra “İnter” də öz meydanında uduzaraq mübarizəni erkən dayandırdı.
Mərhələnin sayca 4-cü oyununun favoriti sayılan “İnter” son iki mövsümdə kuboku muzeyinə aparmışdı. Milanlıların evdə “Bolonya”ya qalib gəlmək şansı yüksək idi. Hərçənd qonaq komanda A seriyasının cari mövsümündə bu rəqibə səfərdə uduzmamışdı: oktyabrın 7-də Milanda keçirilən matçın ilk 13 dəqiqəsində Açerbi ilə Lautaro Martinesin vurduğu qollar ev sahiblərinin erkən üstünlüyünü təmin etsə də, qalan vaxtda Orsolini ilə Zirkzee bolonyalılara xal qazandırmışdı. Onda çoxları Tyaqo Mottanın komandasının cari mövsümün əsas kəşfi olacağını düşünə bilməzdilər. Lakin sabit oyunu ilə seçilən “Bolonya” ölkə çempionatının 16-cı turundan sonra 4-cü yerə yüksəlməklə, necə deyərlər, az aşın duzu olmadığını bir daha göstərmişdi.

Milanlıların meydana qeyri-optimal heyətlə çıxacağı gözlənilirdi. Belə seçim Simone İnzaqinin komandasının oyun planında üstünlük qazanmasına mane olmadı. Lakin meydan sahiblərinin rəqib qapısına yol tapmasına böyük ölçüdə Ravalya imkan vermirdi. “Bolonya”nın ehtiyat qapıçısı 65-ci dəqiqədə əllə oyuna görə təyin olunan penaltinin qolla nəticələnməsinə də mane oldu. Martinesin zərbəsinə əla reaksiya verən Ravalya və oyundaşları, hər necə olsa, mübarizəni əlavə vaxta daşımağı bacardılar.

30 dəqiqəlik “overtaym” yenicə başlamışdı ki, Auqusto künc zərbəsindən göndərilən topa başla toxunaraq milanlıları önə keçirdi. Bundan sonra Mottanın komandası müdafiəni çox da düşünə bilməzdi. Qonaqlar da künc zərbəsindən sonra hesaba tarazlıq gətirdilər. Bundan sonra daha böyük qüvvə ilə irəli atılan neydan sahibləri əks-hücumda yaxalandılar. Qapıçı Audero ilə təkbətək qaldığı epizodda qələbə qolunu vuran Ndoye “İnter”in titulu əldən verməsini rəsmiləşdirdi.

Beləliklə, “Bolonya” sensasiyalı şəkildə 1/4 finala çıxdı. Mottanın komandası bu mərhələdə evdə “Fiorentina” ilə qarşılaşacaq.

1/8 final
İnter – Bolonya 1:2, əlavə vaxtda
Auqusto, 92 – Beukema, 112. Ndoye, 116.
İnter: Audero, Darmian, Açerbi, A.Bastoni (Dimarko, 74), Bissek (Pavar, 90), Auqusto, Klassen (Barella, 74), Frattezi, Asllani (Sensi, 83), Lautaro Martines (Mxitaryan, 99), Arnautoviç (Türam, 74).
Bolonya: Ravalya, Koratsa (De Silvestri, 76), Lukumi (Kalafyori, 99), Beukema, Likoyannis, Moro (Əl-Azzuzi, 69), Ebişer, Urbanski, Fabbian, Salemakers (Ndoye, 85), Van Hooydonk (Zirkzee, 85).

Bu mərhələnin digər oyunlarının nəticələri: Latsio – Cenoa 1:0 (Genduzi, 5), Fiorentina – Parma (D-2) 2:2, p. – 4:1 (Nzola, 83. Sottil, 89 – Bernabe, 21. Bonni, 23), Napoli – Frozinone 0:4
(Barreneçea, 65. Kazo, 75. Çeddira, 90+1-p. Harrui, 90+5).
“Milan” – “Kalyari”, “Atalanta” – “Sassuolo”, “Roma” – “Kremoneze” (D-2), “Yuventus” – “Salernitana” oyunları gələn il yanvarın 2-4-ü aralığında keçiriləcək.

Oyundan sonra
Filippo İnzaqi, “İnter”in baş məşqçisi: “Məyusuq, axı son iki ildə ölkə kubokunu qazanmışdıq və bu gün də qələbəyə layiq idik. Amma bu futboldu. Oyun planında yalnız əlavə vaxtın son 15 dəqiqəsində problemimiz oldu. Hesabdakı üstünlüyü əldən verməyə alışmamışıq. Komandamız 90 dəqiqədən artıq müddətdə yaxşı oyun sərgiləsə də, sonda məğlub olduq. Uşaqlar da azarkeşlərimiz kimi 1/4 finala vəsiqəni arzulayırdılar, amma istəyimiz baş tutmadı. Martinesin zədəsinin nə dərəcədə ciddi olduğuna geniş müayinədən sonra aydınlıq gələcək. Həkimlər korpusu ona görə sakitdi. Ciddi bir şey olmadığına ümid edirik. İki gün yarımdan sonra növbəti oyuna çıxacağıq”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

7-12-2023, 20:0

“Latsio” 1/4 finalın ilk iştirakçısı oldu

Dünya futbolu

11-10-2023, 20:0

“Yuventus” derbidə “Torino”ya 19 oyundu uduzmur – TURUN ŞƏRHİ

Dünya futbolu

12-04-2023, 13:0

“Napoli” tarixində daha bir ilki reallaşdırdı - ŞƏRH

Dünya futbolu

8-07-2023, 18:0

Romaya getməyib Milanda qaldı

Dünya futbolu

4-10-2023, 20:0

Milanlılar yenə şərikli liderdi - TURUN ŞƏRHİ

Dünya futbolu

20-12-2023, 23:0

“İnter” “Yuventus”dan 4 xal irəli çıxdı – TURUN ŞƏRHİ

Aktual
“Sabah” və “Qarabağ”: hansının əsas mərhələyə yolu asandı?
Rahid Usubov: "Artıq yeni komanda formalaşdırmışıq"
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Azərbaycanın klub futbolu güclənib, yoxsa rəqiblər zəifdi? – “bunlar göstərici deyil”
“Zirə” Kutaisidə dəstəksiz qaldı – Gürcüstanda 269 min azərbaycanlı ola-ola!
“Cəbrayıl” hələ satılmayıb
Son xəbərlər
  • Bu gün, 19:27
    Türkiyə yığmasının daha bir üzvü ''Yuventus''da!
  • Bu gün, 18:39
    "Hamımız çalışırıq ki, birlikdə liqa mərhələsinə gedək" - Yuri Vernidub
  • Bu gün, 17:36
    “Sabah” və “Qarabağ”: hansının əsas mərhələyə yolu asandı?
  • Bu gün, 17:15
    "Neftçi" - "Dinamo-Minsk" oyunu kiprlilərə tapşırıldı
  • Bu gün, 16:53
    "Qarabağ"ın ÇSKA ilə oyunlarının hakimləri bilindi
  • Bu gün, 16:31
    Millimiz rekorda imza atdı
  • Bu gün, 16:00
    Millimiz Avropa çempionatının pley-offunda
  • Bu gün, 15:32
    Rahid Usubov: "Artıq yeni komanda formalaşdırmışıq"
  • Bu gün, 15:02
    Asim Xudiyev “Braqa”nın oyununa təyinat aldı
  • Bu gün, 14:35
    İngiltərədə iş yerini dəyişdi
  • Bu gün, 14:04
    “Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
  • Bu gün, 13:39
    "Neftçi" iştirak ərizəsini UEFA-ya təqdim etdi
  • Bu gün, 13:20
    “Kəpəz”də baş məşqçinin köməkçiləri müəyyənləşdi
  • Bu gün, 13:01
    Final matçına dövlət başçısı da baxacaq
  • Bu gün, 12:28
    DÇ-2026-da hamını qabaqlayır
  • Bu gün, 12:00
    Əvvəlki klubuna qayıdacaq
  • Bu gün, 11:27
    Azərbaycanın klub futbolu güclənib, yoxsa rəqiblər zəifdi? – “bunlar göstərici deyil”
  • Bu gün, 11:14
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Bu gün, 10:47
    Güləşçimiz Budapeştdə "bürünc" qazandı
  • Bu gün, 10:00
    “İmişli”dən ayrıldı, "Səbail"ə keçdi
  • Dünən, 23:59
    “Zirə” Kutaisidə dəstəksiz qaldı – Gürcüstanda 269 min azərbaycanlı ola-ola!
  • Dünən, 23:30
    Zidanın təyinatı zaman məsələsidi
  • Dünən, 23:11
    Mundialı antirekordçu kimi tərk edib
  • Dünən, 22:40
    "Qarabağ" - ÇSKA matçı üçün biletlər satışa çıxır
  • Dünən, 22:17
    "Sumqayıt"dan "Şamaxı"ya keçdi
  • Dünən, 21:48
    Bir neçə ay futbolsuz qala bilər
  • Dünən, 21:18
    “Cəbrayıl” hələ satılmayıb
  • Dünən, 20:33
    MY-də yeni qapıçı
  • Dünən, 20:00
    DÇ-də 64 komandanın oynayacağı gözlənilir
  • Dünən, 19:29
    Petkoviç postunda qaldı - DÇ-nin ETİMADI
  • Dünən, 19:03
    Mane beynəlxalq karyerasını başa vurdu - DÇ-nin AYRILIĞI
  • Dünən, 18:40
    Eldəniz Yusubov: “Rəhbərlik hazırda yeni stadion axtarışındadı” - “Araz-Naxçıvan” stadionsuz qaldı
  • Dünən, 18:09
    Zidanın təyinatı zaman məsələsidi
  • Dünən, 17:38
    "Azərlotereya" şirkəti ilə ilkin danışıqlarımız olub" - Elgiz Abbasov
  • Dünən, 17:25
    “Püşkün atılması ilə yeni mübarizənin start götürdüyünü elan edə bilərik” – Sənan Abdullayev
Daha çox
Oxunub: 236
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 236
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 225
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 207
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 160
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 155
“Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə