Romaya getməyib Milanda qaldı

8.07.2023 18:54 215
Dünya futbolu
Françesko Açerbi Milanda qalıb.

"Football-plus.az" xəbər verir ki, “İnter” “Latsio”dan onun transfer hüququnu alıb. 35 yaşlı müdafiəçi 2022/23 mövsümündə “İnter”də icarə əsasında çıxış etmişdi. Mmilan klubu onu birdəfəlik almaq hüququnu aktivləşdirib.

Açerbi ötən mövsüm “İnter”in heyətində A seriyasında 31 oyuna çıxıb və 2 məhsuldar ötürmə edib.