“Football-plus.az” xəbər verir ki, komandanın əsas qapıçısı olan Tibonun böyük turnirdə yığmaya kömək edə bilməyəcəyi dəqləşib. Mövsümün əvvəlində diz bağları qırılan “Real”ın qapıçısı “Sporza” nəşrinə açıqlamasında Avropa çempionatına hazır olmayacağını deyib:
“Zədəyə görə Avropa çempionatında olmayacağam. Əvvəlcə 100 faiz bərpa olmalıyam. Ona görə də sıraya dönmə tarixini təyin etməmək daha yaxşıdı. Qismət olsa, mayda oynaya biləcəyəm. Amma böyük turnirə hazır olmayacağam”.
AÇ-2024 iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək.





