Növbəti oyunda iştirak edə bilər

30.03.2023 14:33 272
Dünya futbolu
Tibo Kurtua ilə bağlı növbəti xəbər yayılıb.

"Football-plus.az" xəbər verir ki, Belçika yığması Almaniya ilə yoldaşlıq matçında ondan yararlana bilməmişdi.

Komandanın əsas qapıçısı bud əzələsindəki yüngül ağrıya görə belçikalıların 3:2 hesablı qələbəsi ilə nəticələnən oyunu buraxmışdı. Yığmanın baş məşqçisi Domeniko Tedesko AÇ-2024-ün İsveçlə ilk seçmə matçında (3:0) iştirak edən “Real”ın oyunçusuna istirahət vermək qərarına gəlmişdi.

Son xəbərdə Kurtuanın ümumi qrupda məşqə başladığı bildirilir. O, “Real”ın aprelin 2-də “Valyadolid”lə keçirəcəyi çempionat matçında iştirak edə bilər.