Millimiz FİFA reytinqində mövqeyini qorudu

21.12.2023 14:33 202
Yığma
Millimiz FİFA reytinqində mövqeyini qoruyub.

"Football-plus.az" xəbər verir ki, yığma 114-cü pillədə qalıb.

Hazırda baş məşqçisi olmayan komanda 2023-cü ili 1174.22 xalla başa vurub.

Argentina yığması (1855,20) reytinqdə liderliyini qoruyub. Fransa (1845,44) ikinci, İngiltərə (1800.05) isə üçüncüdür.

Hesabında 1505.28 xal olan Türkiyə yığması 37-ci sırada qalıb.