Millimiz FİFA reytinqində 6 pillə irəlilədi

30.11.2023 14:30 199
Yığma
Millimiz FİFA reytinqində ötən ayla müqayisədə 6 pillə irəliləyib.

"Football-plus.az" xəbər verir ki, yığma 114-cü mövqedə qərarlaşıb.

Hazırda baş məşqçisi olmayan komanda 1174.22 xala malikdi. Milli AÇ-2024-ün son matçlarında İsveçə Bakıda 3:0 hesabı ilə qalib gəlib, səfərdə Belçikaya yenilib - 0:5.

Argentina yığması (1855,20) liderliyini qoruyub. Fransa (1845,44) ikinci, İngiltərə (1800.05) isə üçüncüdü.

Belçika (1798,46) dördüncüdürsə, beşqat dünya çempionu Braziliya (1784,09) beşinci pilləyə düşüb.

Xatırladaq ki, AFFA İcraiyyə Komitəsi noyabrın 22-də millinin baş məşqçisi Canni De Byazi ilə yolları ayırıb. Yığma onun rəhbərliyi altında AÇ-2024-ün seçmə mərhələsində 7 xalla F qrupunda 4-cü yeri tutub.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul