Millimiz mövqeyini qorudu

25.08.2022 12:39 316
Yığma
FIFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

Football-plus.az xəbər verir ki, məlumatı AFFA-nın rəsmi saytı yayıb.

İyun ayında açıqlanmış reytinq cədvəli ilə müqayisədə Azərbaycan millisinin mövqeyində dəyişiklik olmayıb. Yığmamız 1127 əmsalla 128-ci pillədə qərarlaşıb.

Qardaş Türkiyə millisinin də mövqeyi toxunulmaz qalıb. Onlar 1475,13 əmsalla 42-ci sırada qərarlaşıb.

Qeyd edək ki, cədvələ Braziliya başçılıq edir. "Sambaçılar"ın hesabında 1837,56 əmsal var.