FİFA reytinqi: Millimizin mövqeyi açıqlandı

21.09.2023 12:37 232
Yığma
Millimizin sentyabr üçün FİFA reytinqindəki mövqeyi açıqlanıb.

"Football-plus.az" xəbər verir ki, Canni De Byazinin baş məşqçisi olduğu komanda mövqeyini dəyişməyib.

Yığma 1147 xalla 121-ci sırada qalıb.

Bir pillə geriləyən Türkiyə yığması 42-ci yerdədir. “Ay-ulduzlular”ın hesabında 1475 xal var.

Reytinqin zirvəsində dəyişiklik olmayıb. DÇ-2022-nin qalibi Argentina yığması 1851 xalla liderliyini davam etdirib. Qətərdə təşkil olunan mundialın finalçısı Fransa (1840) ikinci, Braziliya (1837) isə üçüncü sırada qərarlaşıb.

İlk “10-luq”:
1. Argentina – 1851 xal
2. Fransa – 1840
3. Braziliya – 1837
4. İngiltərə - 1794
5. Belçika – 1792
6. Xorvatiya – 1747
7. Niderland – 1743
8. Portuqaliya – 1728
9. İtaliya – 1727
10. İspaniya – 1710

AÇ-2024-ün seçmə mərhələsinin F qrupu:
5. Belçika – 1792
23. İsveç – 1538
25. Avstriya – 1537
115. Estoniya – 1172
121. Azərbaycan – 1147

Postsovet məkanı:
24. Ukrayna – 1538
39. Rusiya – 1495
75. Özbəkistan – 1328
79. Gürcüstan – 1299
91. Ermənistan – 1254
96. Qırğızıstan – 1228
100. Qazaxıstan – 1206
105. Belarus – 1198
110. Tacikistan – 1183
115. Estoniya – 1172
121. Azərbaycan – 1147
136. Latviya – 1089
140. Türkmənistan – 1086
143. Litva – 1072
159. Moldova - 1010

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul