• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Abubakar saç əkdirməyin qurbanı olub?

Dünya futbolu

20-12-2023, 15:0

Həm zəif, həm də qalmaqallı mövsüm keçirməklə fanatlarını üzməkdə davam edən “Beşiktaş”la bağlı yeni xəbərlər var. Öncə heyətdən kənarlaşdırılan futbolçuların durumuna toxunaq.

Məlum olduğu kimi, ötən həftənin əvvəlində futbol əlaqələndiricisi Samet Aybabanın qərarı və baş məşqçi Rza Çalımbayın “xeyir-duası” ilə 5 futbolçu – Vensan Abubakar, Erik Bayi, Jan Onana, Valentin Rozye və Rəşid Gezzal əsas komandadan kənarlaşdırılmışdı. Klubun rəsmi açıqlamasında bu futbolçuların həm istənilən performansı sərgiləməməsi, həm də komanda daxilində ab-havanı pozması üzündən belə aqibətlə üzləşdiyi qeyd olunmuşdu. Belə görünür ki, bu futbolçular artıq əfv olunub. Çünki onlar komanda ilə birlikdə məşqlərə çıxmağa başlayıblar. Daha dəqiq desək, 5 futbolçudan 4-ü – Abubakar, Onana, Bayi və Gezzal komandanın məşq keçdiyi anlarda fizioterapevtin başçılığı altında ayrıca məşq keçiblər. Rozye isə zədə üzündən məşqdə iştirak etməyib. Buna qədər bu 5 futbolçu başqalarından tam ayrı və fərqli saatlarda fərdi məşq edirdilər. Yeni başqan Hasan Arat srağagünkü açıqlamasında bunları deyib: “Bəzi oyunçuları heyətdən kənarlaşdırmaqla bağlı verdiyimiz qərar faydalı oldu. Bu oyunçular bizimlə görüşərək bundan sonrakı dönəmdə əllərindən gələni edəcəklərini bildirdilər. Onların ümidlərimizi doğruldacaqlarına inanırıq”. Rəsmi şəkildə futbolçuların əfvi barədə klubdan açıqlama verilməsə də, Aratın sözlərindən belə başa düşmək olar ki, onlar yenidən Rza Çalımbayın ixtiyarındadılar.

Bu arada Abubakarla bağlı da maraqlı iddialar var. Şayiələrə inansaq, 31 yaşlı kamerunlu forvard saç əkdirdiyinə görə bir neçə oyundan kənar qalıb. Ötən ay yığma fasiləsi zamanı vətəninə yollanan Abubakar daha sonra həyat yoldaşının səhhətinin pisləşdiyini bəhanə edərək Parisə yollanıbmış. Əslində isə o, Fransanın paytaxtına saç əkdirməyə gedibmiş! Həkimlər ondan bir neçə həftə başla topa toxunmamasını tələb etdikləri üçün Abubakar Türkiyəyə qayıtdıqdan sonra zədəsini bəhanə edərək oyunlara çıxmaqdan imtina edib. Futbolçu özü bu şayiələri təkzib edib və saçəkdirmə əməliyyatını mövsümün əvvəlində etdirdiyini bildirib. Digər bir xəbər isə qaradərili futbolçunun “Beşiktaş”ı “instaqram”da təqibdən çıxarmasıdı. Onun bu addımını çoxları futbolçunun qışda ayrılacağı ilə əlaqələndiriblər. “Hürriyət” nəşrinin yazdığına görə, srağagün Abubakarın meneceri Pini Zahavi İstanbula gələrək yönəticilərlə görüş keçirib. O, klubun futbolçunun imicinə zərbə vurduğunu bildirərək “Beşiktaş”dan rəsmi şəkildə üzrxahlıq (!) tələb edib. Zahavi əks təqdridə Abubakarın qışda ayrılacağını vurğulayıb. “Beşiktaş” yönəticiləri isə israilli menecerin sözlərindən sonra geri addım atmayıblar. Onların cavabı belə olub: “Abubakarın heyətdən kənar qalması məşqçilər korpusunun raportu əsasında həyata keçirilib. Bu mövzu müzakirə olunmur. Ayrılmaq niyyətiniz varsa, şərtlərimiz bəllidi. 7 milyon avro gətirsəz, danışıqlara başlaya bilərik”.

Baş məşqçi Rza Çalımbay ilə də bağlı çoxlu söz-söhbət dolaşır. Onunla yollar qısa müddət ərzində ayrıla bilər. Srağagün Kike Setyenin İspaniya mətbuatına verdiyi açıqlama bir andaca müzakirələrə səbəb oldu. Yaxın keçmişdə “Barselona”nı çalışdırmış Setyen Türkiyənin böyük bir klubundan təklif aldığını və qısa müddət ərzində onlara cavab vermək məcburiyyətində olduğunu bildirdi. “Qalatasaray” və “Fənərbaxça” məşqçi axtarışında deyil. Ona görə də aydın məsələdi ki, söhbət “Beşiktaş”dan gedir. Elə İspaniya mətbuatı da bu klubun “Beşiktaş” olduğunu vurğuladı. Hərçənd yeni yönəticilərdən olan Feyyaz Uçar bu iddianı təkzib edərək klubdan heç kimin Setyenlə əlaqə saxlamadığını dedi. Dünən isə daha bir faktın üstü açıldı. Əvvəlki başqan Ahmet Nur Çəbinin dönəmində Rza Çalımbayla müvəqqəti müqavilə imzalanmışdı. Həmin müqaviləyə əsasən yeni rəhbərliyin Çalımbayla 15 gün ərzində təzminatsız vidalaşmaq haqqı var idi. Artıq bu 15 gün tamam oldu. Qarşılıqlı şəkildə müvəqqəti müqavilənin müddəti dekabrın 27-nə qədər uzadıldı. Həmin gün tərəflər yenidən görüşəcəklər. Yəni dekabrın 27-nə qədər “Beşiktaş”ın Çalımbayı təzminatsız qovmaq haqqı var. Çalımbayla uzunmüddətli müqavilənin imzalanmaması onu göstərir ki, rəhbərlik hələ də yeni məşqçi axtarışındadı. “Qartal”ı ayın 27-nə qədər evdə “Alanyaspor”, səfərdə “Hatayspor”la oyunlar gözləyir. Təcrübəli mütəxəssisin taleyinə məhz bu matçlarda aydınlıq gələcək.

ƏLİ RAUFOĞLU

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

17-12-2023, 18:0

''Beşiktaş''da ''qara siyahıya'' düşənlər komanda ilə məşqə çıxdı

Liqalar

11-11-2023, 13:0

''Beşiktaş''da Abubakar da zədələndi, Cenk də

Dünya futbolu

22-10-2022, 10:0

Veqhorstun yoxluğunda “Beşiktaş”da sistem dəyişəcək

Konfrans Liqası

9-08-2023, 13:0

“Beşiktaş”ın “Neftçi” ilə oyuna gətirəcəyi “23-lük”

Dünya futbolu

24-02-2023, 17:0

"Beşiktaş” – “Antalyaspor” matçında 22 futbolçu oynamayacaq

Dünya futbolu

6-01-2023, 21:0

Ronaldo gəldi, Abubakar gedir

Aktual
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
“Sabah” Maludanı 3 milyon avroya satdı!
KuPS “Sabah”la oyunu əlavə vaxta daşımağa çalışacaq – Kuopioda konsert və yüzlərlə boş tribuna...
“Hücumlar edəcəklər, belədə boşluqları daha rahat tapacağıq” - KuPS-un futbolçusundan inamlı açıqlama
“Sabah” cüzi fərqlə favoritdi – “bayquşlar”ın qələbəsi qazancı ikiqat edəcək
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
Son xəbərlər
  • Dünən, 23:27
    İngiltərədə klubunu dəyişəcək
  • Dünən, 23:00
    “Sabah” və Mikels 10-a çatdı
  • Dünən, 22:06
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 21:55
    "Belə nəticə əldə etdiyimiz qürur duyuram" - Valdas Dambrauskas
  • Dünən, 21:24
    ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
  • Dünən, 21:10
    "İmişli" yoxlama oyunu keçirdi
  • Dünən, 20:52
    "Sabah" tarixində ilk dəfə avrokubokların liqa mərhələsində! - YENİLƏNİB
  • Dünən, 20:10
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 19:42
    “Sabah” Maludanı 3 milyon avroya satdı!
  • Dünən, 18:53
    Azərbaycan dünya çempionatında ilk medalını qazandı
  • Dünən, 18:22
    "Qəbələ" portuqaliyalı vinger aldı
  • Dünən, 18:00
    KuPS - "Sabah": START HEYƏTLƏRİ
  • Dünən, 17:30
    KuPS “Sabah”la oyunu əlavə vaxta daşımağa çalışacaq – Kuopioda konsert və yüzlərlə boş tribuna...
  • Dünən, 17:10
    “İmişli”nin akademiyasında təlim təşkil olundu
  • Dünən, 16:44
    “Hücumlar edəcəklər, belədə boşluqları daha rahat tapacağıq” - KuPS-un futbolçusundan inamlı açıqlama
  • Dünən, 16:13
    “Araz-Naxçıvan” Qəbələdə bu şəhərdə qəbul edəcək
  • Dünən, 15:52
    “Sabah” cüzi fərqlə favoritdi – “bayquşlar”ın qələbəsi qazancı ikiqat edəcək
  • Dünən, 15:33
    Fiziki performansın qiymətləndirilməsi üzrə vebinar keçirildi
  • Dünən, 15:01
    "Qarabağ" və “BonAqua” arasında rəsmi tərəfdaşlıq müqaviləsi imzalandı
  • Dünən, 14:06
    Arda Gülər Mourinyo haqda nə dedi?
  • Dünən, 13:50
    “Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
  • Dünən, 13:19
    “Turan Tovuz”da əsas çətinlik motivasiya ola bilər” – beş iddialıdan hansı bir addım öndədi?
  • Dünən, 12:58
    "Səbail"in sabiq qapıçısı "Xankəndi"də
  • Dünən, 12:37
    AFFA məşqçilər üçün onlayn təlim keçirdi
  • Dünən, 11:54
    Millimiz Portuqaliya ilə üz-üzə gələcək
  • Dünən, 11:23
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 10:52
    “Sabah”ın matçını bu kanal göstərəcək
  • Dünən, 10:31
    “Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
  • Dünən, 10:00
    İstanbul nəhənglərinin hədəfində olan ulduzdan transfer açıqlaması
  • 27-07-2026, 23:0
    Leverkuzenə qayıtmayacaq
  • 27-07-2026, 22:0
    KuPS bu heyətlə 30 dəqiqədə 3 qol vurdu - "Sabah"ı nə gözləyir?
  • 27-07-2026, 22:0
    "Sabah mövsümün ən yaxşı oyununu oynamalıyıq..." - KuPS-un baş məşqçisi
  • 27-07-2026, 21:0
    Valdas Dambrauskas: "İlk qarşılaşma KuPS-un həqiqi gücünü tam şəkildə göstərmədi"
  • 27-07-2026, 21:0
    İngiltərə futbolunda böyük itki
  • 27-07-2026, 20:0
    "İmişli" anqolalı oyunçu transfer etdi
Daha çox
Oxunub: 212
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 163
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 110
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 110
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
Oxunub: 108
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə