“Rəqib bu gün öz ustalığını göstərdi”

18.12.2023 19:14 181
Ölkə kuboku / Manşet
“Kəpəz” Azərbaycan kubokunun 1/8 finalında “Sabah”a uduzub - 3:4.

“Football-plus.az” xəbər verir ki, matçdan sonra gəncəlilərin çalışdırıcısı Adil Şükürovun mətbuat konfransı keçirilib. Sizi onun fikirləri ilə tanış edirik:

"Komandamız yaxşı mübarizə apardı. Azarkeşlərin görmək istədiyi futbolu oynamaq istəyirik. Rəqib bu gün öz ustalığını göstərdi. Gələcəyə baxacağıq. Artıq bizim üçün kubok bitib. Bundan sonra çempionatı düşünəcəyik".


- Əlavə vaxta hazırlaşmışdız?
- Hazır idik, futbolçularla bu haqda danışmışdıq. Əlavə vaxtda iki əvəzetmə etməyi planlaşdırırdıq.

- Hakimlik haqda fikirləriniz necədi?
- Məncə, normal hakimlik oldu. Oyunda bəzən hakimlərlə emosional danışırıq. Hakimlərin böyük səhvi yox idi.

- Əsas heyət oyunçularını ehtiyatda saxlamağınızın səbəbi nə idi?
- Bu, əvvəlki oyunlarda çox yüklənmələri ilə bağlı idi. Çünki zədələnə bilərdilər. Oyunçuları qorumaq istəyirdik. Heyətdə olan bütün futbolçulara inanırıq. Bizdə əsas heyət və ya ehtiyat söhbəti yoxdu.

- Adama Nianenin oyununu necə dəyərləndirirsiz?
- Uğurlu çıxış etdi. Zədədən sonra çox istəkli idi. O, istədiklərimizi edir. Cavad Kərimov da yaxşıdı. Sevindirici haldı ki, Cavad Niane kimi hücumçunun yanında nələrisə öyrənir.