“Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, ölkə çempionu UEFA Avropa Liqasının 3-cü raundunda Finlandiya klubu HİK-ə məğlub olarsa, Konfrans Liqasının pley-off mərhələsində “Farul” (Rumıniya) - “Flora” (Estoniya) cütünün qalibi ilə qarşılaşacaq.
“Qarabağ”ın yer aldığı cütün məğlubu ilk matçını səfərdə keçirəcək.
Qeyd edək ki, Konfrans Liqasında pley-off mərhələsinin oyunları avqustun 24-də və 31-də baş tutacaq.