Ştefan Layner ağır xəstəliyə qalib gəlib.
"Football-plus.az" xəbər verir ki, Münhenqladbax “Borussiya”sının müdafiəçisi xərçəng xəstəliyindən sağalıb.
Almaniya klubunun mətbuat xidmətinin məlumatına görə, 2023-cü ilin iyununda müdafiəçiyə limfoma diaqnozu qoyulmuşdu. Xərçəng erkən mərhələdə aşkarlandığı üçün 31 yaşlı futbolçu dərmanla müalicə olunub.
Qeyd edək ki, Avstriya millisinin də şərəfini qoruyan Layner “Borussiya”nın heyətində 125 oyun keçirib, 4 qol vurub və 13 məhsuldar ötürmə edib.