''Xərçəng''dən əziyyət çəkən Daumun vəziyyəti pisləşdi

20.05.2023 15:23 256
Dünya futbolu
Tanınmış almaniyalı mütəxəssis, Türkiyədə ''Beşiktaş'' və ''Fənərbaxça''nın başında çempion olmuş Kristof Daumun vəziyyəti pisləşib.

"Football-plus.az" xəbər verir ki, ötən il xərçəng xəstəliyindən əziyyət çəkdiyi məlum olan və bir neçə dəfə ''kimyaterapiya'' kursundan keçməli olan Daum təcili olaraq Nyu York xəstəxanalarından birinə yerləşdirilib.

Müalicə olunmaq üçün tez-tez ABŞ-a yollanan 69 yaşlı çalışdırıcının Almaniyaya nə vaxt qayıdacağı bilinmir. Daum bu yaxınlarda Türkiyəni də ziyarət etmişdi.

O, ''Beşiktaş'' - ''Qalatasaray'' derbisini tribunadan təqib etmiş və daha sonra ''Fənərbaxça''nın düşərgəsinə baş çəkmişdi.