“Mən “xərçəng”ə qalib gəldim” - Svik

9.03.2023 18:23 235
İdman
UFC-nin sabiq 43 yaşlı döyüşçüsü Mayk Svik “tvitter” hesabında azarkeşlərinə xoş xəbər çatdırıb:

“Mənim 43 yaşım var və “xərçəng”ə qalib gəldim. Leykemiya ilə çoxdankı mübarizə uğurla başa çatdı”.


"Football-plus.az"-ın məlumatına görə, Svik sonuncu dəfə 2015-ci ildə döyüşüb.

Hazırda Taylandda qurduğu trenajor zalının sahibi və idarəçisidi.