• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Mbappenin köməyinə “Milan” çatdı

Çempionlar Liqası

17-12-2023, 19:0

F qrupu
Borussiya – PSJ 1:1 (0:0)

Borussiya (Dortmund, Almaniya): Kobel, Bensebayni, Hummels, Zyule, Volf (Şlotterbek, 69), Özkan (Zabitser, 69), Baynou-Gittens (Malen, 60), Brandt, Roys, Adeyemi (Reyna, 81), Füllkruq (Alle, 81).
PSJ (Paris, Fransa): Donnarumma, L.Ernandes, Şkrinyar, Markinyos, Hakimi, Li Kan İn (Uqarte, 68), Zair-Emeri, Vitinya, Barkola (Asensio, 82), Mbappe, Kolo Muani (Soler, 90+6).
Qollar: Adeyemi, 51 (1:0). Zair-Emeri, 56 (1:1).
Vərəqələr: Markinyos, 45. Hummels, 57 – sarı.
Hakim: Qlenn Nüberq (İsveç).
13 dekabr. Dortmund. 81365 tamaşaçı.

oyunun statistikası
10 (6) qapıya (“çərçivə”yə) zərbə 18 (5)
4 künc zərbəsi 5
5 ofsayd 3
13 qayda pozuntusu 14
1 (0) sarı (qırmızı) vərəqə 1 (0)
45 topa sahibolma (faizlə) 55

“Borussiya” Çempionlar Liqasının yazına qalmaq vəzifəsinin öhdəsindən gəlmişdisə, qalan üç komanda havadan asılı vəziyyətdə idi. Və paralel keçirilən oyunların gedişində qüvvələr nisbəti dəfələrlə dəyişdi. PSJ müəyyən bölümlərdə pley-off zonasından kənarda qaldı. Ümumiyyətlə, Dortmunddadı qarşılaşma istənilən nəticə ilə bitə bilərdi. Təkcə elə ilk yarıda komandalardan hər biri üç real qol vəziyyətini boşa verdi. 2-ci hissədə isə onlar daha təmkinli davrandı. Amma qollar məhz fasilədən sonra vuruldu. “Borussiya” hesabı açandan cəmi 5 dəqiqə sonra öz qapısında qol gördü. Oyun sona yaxınlaşdıqcaq komandalar istər-istəməz paralel oyuna “qulaq verirdi”. Orda əvvəlcə hər şey PSJ-nin əleyhinə olsa da, sonradan “Milan” oyunun axarını dəyişə bildi. Və İtaliya klubu hesabda irəli çıxandan sonra parislilər artıq “Nyukasl”ın iki qol vurmasının çətin olacağını anlayaraq hesabı qorumaq üçün oynadılar. “Borussiya”dan qol buraxmaq və məğlub olmaq isə yolverilməz idi. Nəticədə heç-heçə hesabı dəyişmədi və bu oyunun hər iki iştirakçısı pley-offa adladı.

Nyukasl – Milan 1:2 (1:0)
Nyukasl (İngiltərə): Dubravka, Livramento, Şer, Lassells, Trippyer, Mayli (Lonqstaff, 71), Gimarayns, Joelinton, Qordon (İsak, 62), Uilson (Bern, 62), Almiron.
Milan (İtaliya): Menyan, Florentsi, T.Ernandes, Tomori, Kalabriya, Musa (Çukvueze, 83), Reynders, Loftus-Çik (Pobeqa, 73), Leao (Bertezaqi, 88), Jiru (Okafor, 83), Pulişiç (Yoviç, 73).
Qollar: Joelinton, 33 (1:0). Pulişiç, 59 (1:1). Çukvueze, 84 (1:2).
Vərəqələr: Leao, 40. Menyan, 45+1. Joelinton, 72. Yoviç, 78. Musa, 80. Florentsi, 90. Şer, 90+5 – sarı.
Hakim: Danni Makkeli (Niderland).
13 dekabr. Nyuksl. 52037 tamaşaçı.

oyunun statistikası
14 (6) qapıya (“çərçivə”yə) zərbə 11 (2)
5 künc zərbəsi 3
1 ofsayd 1
18 qayda pozuntusu 14
2 (0) sarı (qırmızı) vərəqə 5 (0)
55 topa sahibolma (faizlə) 45

“Milan”la “Nyukasl” da “ölüm qrupu”nda pley-off şansını saxlayırdı. Turnir vəziyyəti onları qələbəyə oynamağa sövq edirdi, bu üzdən “Sent-Ceyms Park”dakı qarşılaşma parlaq tamaşa vəd edirdi. Ümumilikdə ümidlər doğruldu, hərçənd oyunun son yarım saatına qədər “Nyukasl”ın hadisələrin axarına nəzarət etdiyi görünürdü. Fasiləyə qədər “sağsağanlar” aşkar üstün təsir bağışladı. Qonaqlar isə ilk yarıda yalnız Leaonun təhlükəli zərbəsi ilə yadda qaldı. Meydan sahibləri isə ilk dəqiqələrdən rəqibi təzyiq altında saxladı. Bu mənada Joelintonun uzaq məsafədən dəqiq zərbə ilə hesabı açması təəccüb doğurmadı. 2-ci hissənin əvvəlində “Nyukasl” üstünlüyünü möhkəmlətməyə çalışdı, ancaq “Milan” elə ilk ciddi hücumda künc zərbəsi qazandı və ardından Pulişiç fərqləndi. Bundan sonra oyun qarşılıqlı hücumlar şəraitində davam etdi. Heç-heçə qonaqlara heç nə qazandırmırdı, meydan sahibləri isə belədə paralel oyunun nəticəsindən asılı olmadan yüz faiz ÇL-in pley-offundan kənarda qalacaqdı. “Milan”ın çalışdırıcısı Pioli sona yaxın Okaforla Çukvuezeni meydana buraxdı və onlar qolu yaratdı. Okaforun ötürməsindən sonra Çukvueze qonaqları irəli çıxardı. “Milan” uzatma dəqiqələrində daha iki gözəl şansı əldən verdi. Tomori topu dirəyə vurdu. “Milan” əzmkar qələbə qazansa da, ÇL-i tərk etdi. PSJ yalnız əlavə göstəricilərə görə İtaliya klubunu qabaqladı. “Ölüm qrupu”ni sonuncu yerdə bitirən “Nyukasl” isə avrokubokların yazına qalmadı.

1. Borussiya D 6 3 2 1 7-4 11
2. PSJ 6 2 2 2 9-8 8
3. Milan 6 2 2 2 5-8 8
4. Nyukasl 6 1 2 3 6-7 5

Oyundan sonra...
Edin Terziç, “Borussiya”nın baş məşqçisi: “Bu gün çox yaxşı oyun keçirdik və razıyıq. Ona görə ki, çətin qrupda 1-ci yeri tutduq. Əlbəttə, PSJ kimi komandaya qarşı oynayırsansa, rəqibin qol vəziyyətləri yaratmaması mümkünsüzdü. Yorulmadan çalışdıq və nəticədə 1-ci yeri tutduq. Sonrakı mərhələdə də yaxşı oynamalıyıq”.

Luis Enrike, PSJ-nin baş məşqçisi: “Çoxlu qol vəziyyəti yaradırıq, həmişə hücum etmək istəyirik. Bu gün 4-5 real qol imkanımız oldu. PSJ-nin fevralda daha güclü olacağına əminəm. Şübhəsiz, tərəqqi edirik. Futbolçuların əhval-ruhiyyəsi, döyüşmək arzusu xoşuma gəlir. Hələ də həyatdayıq. Heç kim bizlə 1/8 finalda qarşılaşmaq istəmir, lap qrupda 2-ci yeri tutsaq da. Oynun sonuna yaxın futbolçularıma qışqırdım ki, “qələbəyə oynayın, ancaq çox risk etməyin”. Tərəqqimizdən razıyam, ancaq... Əlbəttə, birinci olmaq istəyirdik”.

Eddi Hau, “Nyukasl”ın baş məşqçisi: “Zaman-zaman dominantlıq etsək də, 2-ci qol çatışmadı. Qol buraxdığımız epizodlarda isə yetərincə yaxşı müdafiə olunmadıq. Hər iki komanda qələbə qazanmağı çox istəyirdi. Pley-offa çıxmaq istəyirdik, bu üzdən cəsur oynamalıydıq. Eyni söz rəqibə də aiddi. Çox yaxşı oyun alındı. Qol vəziyyətlərimiz oldu. İndi isə sustalmış vəziyyətdəyik”.

Stefano Pioli, “Milan”ın baş məşqçisi: “Çox fərqli emosiyalar yaşayırıq. ÇL-dən uzaqlaşmaq, əlbəttə, məyus edir. Xüsusən də turnirin ötən mövsümündə necə çıxış etdiyimizi nəzərə alanda. Bu qrupun çox fərqli, çətin olduğunu anlayırdıq. Daha artığına layiq idik. Bəzi oyunlarda imkanlardan yararlana bilmədik. Bu gün rəqib qeyri-adi dərəcədə intensiv oynadı, ancaq bizi qorxutmadı və ruhdan salmadı. Bu isə o deməkdi ki, Avropa Liqasını qazanmaq üçün əlimizdən gələni edəcəyik”.

Fakt
Uorren Zair-Emeri Çempionlar Liqasında qol vuran ən azyaşlı fransalıdı. Bu göstəricidə qrup mərhələsindən etibarən oyunlar nəzərə alınır. PSJ-nin xavbeki “Borussiya” ilə oyunda fərqlənərkən 17 yaş 280 günlük idi. Zair-Emeri 2005-ci ildə “Lion”un heyətində, 17 yaş 352 günlüyündə fərqlənən Kərim Benzemanın rekordunu yenilədi.

Paylaş:
Digər xəbərlər

Çempionlar Liqası

8-10-2023, 18:0

“Sağsağanlar” PSJ-ni şoka saldı - TƏHLİL

Çempionlar Liqası

21-09-2023, 22:0

PSJ inamlı qələbə qazandı, “sağsağanlar” Milandan xalla döndü - REPORTAJ

Çempionlar Liqası

29-10-2023, 17:0

“Milan” ÇL tarixinə düşdü, “Borussiya” “sağsağanlar”ı cəzalandırdı

Dünya futbolu

16-08-2023, 18:0

''Verder'' üçün kubok mövsümü başa çatdı

Dünya futbolu

8-11-2023, 10:0

Liderlər qələbə qazandı, “Marsel” yenə büdrədi - TURUN ŞƏRHİ

Aktual
“Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
“Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
“Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
"Hapoel" “Sabah”a rəqib oldu
“Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
“Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
Son xəbərlər
  • Bu gün, 00:57
    PSJ ardıcıl ikinci dəfə Avropa Superkubokunu qazandı
  • Dünən, 23:24
    Bundan sonra İtaliyada oynayacaq
  • Dünən, 22:41
    Dortmundu tərk etdi
  • Dünən, 22:00
    “Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
  • Dünən, 21:17
    Almaniyada iş yerini dəyişdi
  • Dünən, 20:47
    Dünya çempionu ağır zədələndi
  • Dünən, 20:14
    "Sabah" insidentlə bağlı bəyanat yaydı
  • Dünən, 19:45
    Fransadan Almaniyaya yollandı
  • Dünən, 19:16
    ''Beşiktaş''ın sabiq üzvü özünə yeni klub tapdı
  • Dünən, 18:45
    "Şəfa" braziliyalı hücumçu aldı
  • Dünən, 18:13
    “Turan Tovuz” eyforiyadadı?
  • Dünən, 17:34
    “Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
  • Dünən, 17:32
    “Meydanda böyük qarşıdurma olacaq” - İqor Kostyuk
  • Dünən, 17:05
    "Nyukasl”ı o da tərk edə bilər
  • Dünən, 16:34
    Fransa çempionu yeni qapıçı aldı
  • Dünən, 16:03
    Litvalıların baş məşqçisi ''Beşiktaş''ı ''Çikaqo Bulls''a bənzətdi
  • Dünən, 15:28
    Yaşıl meydanı tərk etdi
  • Dünən, 14:47
    Qurban Qurbanova təklif - bu dəfə Koxalski yox, Zlomisliç oynasın!
  • Dünən, 14:14
    “İllər məni səbrə salmayıb, səbirdən çıxarıb” – Qurban Qurbanov
  • Dünən, 13:40
    "Sabah"ın "Hapoel"lə oyunlarının məkanı və saatı
  • Dünən, 13:08
    ''Fənərbaxça'' problem yaşamadan pley-offa yüksəldi
  • Dünən, 12:37
    Serbiyalı ulduz ''Beşiktaş'' üçün Türkiyəyə gəlir!
  • Dünən, 12:21
    “Dinamo” Bakıya 25 futbolçu ilə gəldi - ADLAR
  • Dünən, 11:22
    "Sumqayıt"dan növbəti transfer
  • Dünən, 10:51
    Tanınmış məşqçinin anası dünyasını dəyişdi
  • Dünən, 10:20
    Milandan Turinə yollana bilər
  • Dünən, 09:59
    Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
  • Dünən, 00:08
    “Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
  • 11-08-2026, 23:0
    Diqqət, diqqət: “Turan Tovuz” elektron bilet sisteminə keçdi!
  • 11-08-2026, 23:0
    "Hapoel" “Sabah”a rəqib oldu
  • 11-08-2026, 23:0
    “Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
  • 11-08-2026, 22:0
    “Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
  • 11-08-2026, 22:0
    Ramiz Məmmədov keçmiş komandasını darmadağın etdi
  • 11-08-2026, 21:0
    "Sabah" ÇL-nin pley-off mərhələsində! - YENİLƏNİB
  • 11-08-2026, 21:0
    Parisdən Madridə yollandı
Daha çox
Oxunub: 326
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 282
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 133
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 104
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 104
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə