Tarixə qovuşmuş daha bir Azərbaycan klubu geri qayıdır - "neçə illik əziyyəti heçə saymaq düzgün deyil"

17.12.2023 16:12 4 754
Ölkə futbolu / Manşet
Ötən mövsüm Region Liqasının iştirakçısı kimi yadda qalan "Ağsu Siti" yenidən yaşıl meydanlara qayıtmaq niyyətindədi.

Bu barədə "football-plus.az"a klubun prezidenti Rəmzi Eminli məlumat verib. O, gələn ilin mart ayından hazırlıqlara başlayacağını və "Ağsu Siti"nin fəaliyyətini bərpa edəcəyini bildirib:

"Bəzi hadisələr məni futboldan iyrəndirmişdi. İndi düşünürəm ki, hansısa haqsızlıqlara və bədniyyət insanlara görə neçə illik əziyyətimi heçə saymaq düzgün deyil. Var gücümlə çalışacağam ki, hər şeyi geri qaytarım. Hədəfim komandanın yeni mövsümdən 2-ci liqada iştirakını təmin etməkdi".

KƏNAN BAHADIR